Milad bayramı (, , , ) — hər il İsanın doğulmasınınChristmas , Merriam-Webster. Retrieved 2014–02–02.Archived 2009–10–31.Martindale, Cyril Charles."Christmas" . The Catholic Encyclopedia. Vol. 3. New York: Robert Appleton Company, 1908. qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan, bütün dünyada xristian və qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur,Canadian Heritage – Public holidays – Government of Canada. Retrieved 2014–02–02.2009 Federal Holidays – U. S. Office of Personnel Management. Retrieved 2014–02–02.Bank holidays and British Summer time – HM Government. Retrieved 2014–02–02. həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.Why I celebrate Christmas, by the world's most famous atheist – DailyMail. December 23, 2008. Retrieved 2014–02–02.Non-Christians focus on secular side of Christmas – Sioux City Journal. Retrieved 2014–02–02.
Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Some of the historians and Biblical scholars who place the birth of Jesus in the 7–2 BC range include D. A. Carson, Douglas J. Moo and Leon Morris. An Introduction to the New Testament. Grand Rapids, MI: Zondervan Publishing House, 1992, 54, 56The year 5 BC corresponds to year 749 AUC used during the Roman Empire. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda Sourcebook for Sundays, Seasons, and Weekdays 2011: The Almanac for Pastoral Liturgy by Corinna Laughlin, Michael R. Prendergast, Robert C. Rabe, Corinna Laughlin, Jill Maria Murdy, Therese Brown, Mary Patricia Storms, Ann E. Degenhard, Jill Maria Murdy, Ann E. Degenhard, Therese Brown, Robert C. Rabe, Mary Patricia Storms, Michael R. Prendergast – LiturgyTrainingPublications, Mar 26, 2010 – page 29 qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi,The Chronography of 354 AD. Part 12: Commemorations of the Martyrs – The Tertullian Project. 2006. Retrieved 2011–11–24.Roll, Susan K., Toward the Origins of Christmas , (Peeters Publishers, 1995), p.133. lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə "İsanın həqiqət günəşi olması" haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.Newton, Isaac, Observations on the Prophecies of Daniel, and the Apocalypse of St. John (1733). Ch. XI. A sun connection is possible because Christians consider Jesus to be the "Sun of righteousness" prophesied in Malachi 4:2."Christmas ", EncartaTighe, William J., "Calculating Christmas ". Archived 2014–02–02.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa-Klaus, Körpə İsa kimi fiqurlar da vardır."Poll: In a changing nation, Santa endures" , Associated Press, December 22, 2006. Retrieved 2009–11–18. Hədiyyələrin verilməsi və Milad bayramının bir çox digər aspektləri iqtisadi fəallığın artması ilə bağlı olduğundan, bayram pərakəndə satıcılar və bizneslər üçün əlamətdar hadisəyə və əsas satış dövrünə çevrildi. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Etimologiyası "Milad" bayramın adının ərəb dilindən tərcümə formasıdır. Əksər müsəlman xalqaları kimi azərbaycanlılar da bu bayramı Milad (Doğulma) adlandırırlar. Xristian Qərb xalqları, o cümlədən ingilislər isə bayramı "Krismas" (Christmas) adlandırırlar. Christmas sözü iki sözün "Christ" və "mass" sözlərinin birləşməsindən əmələ gəlməklə, "İsanın messiyası" mənasını verir. Orta ingilis dilində "Cristemasse", qədim ingilis dilində isə "Crīstesmæsse" kimi səslənən söz mənbələrdə ilk dəfə 1038-ci ildə, daha sonra isə 1131-ci ildə İsa messiyası ilə bağlı qeyd alınmışdır.Cyril Charles Martindale, "Christmas" , in The Catholic Encyclopedia. Vol. 3, New York: Robert Appleton Company, 1908 "Crīst" (tam formada Crīstes) sözü, ivrit dilindəki "məsh olunmuş" mənasını verən "Māšîaḥ" (מָשִׁיחַ) sözünün yunan dilinə tərcüməsi olan Xristos (Χριστός) sözü əsasında yaranmaqla latın dilindəki Yevxaristiya bayramı ilə əlaqəli "mæsse" ilə əlaqəlidir. Tarixən "Kristenmas" (Christenmas) forması da işlənmişdir ki, lakin bu ad da hazırda arxaik və dialektik xüsusiyyət daşımaqla, orta ingilis dilindəki "Cristenmasse" — hərfi tərcümədə "Xristian messiyası" sözündən gəlməkdədir."Christmas" in the Middle English Dictionary "Xmas" "Krismas" sözünün abreviaturu olmaqla yunan dilindəki "Xristos" (Χριστός) sözündəki initial "chi" (X) hərfinin qısaldılması əsasında yaranmışdırGriffiths, Emma, "Why get cross about Xmas?" , BBC website, December 22, 2004. Retrieved 2014–02–08. və orta ingilis dilindəki "Χρ̄es" (burada "Χρ̄" "Χριστός" sözünün abbreviaturasıdır) sözünə uyğun gəlir.
Digər adları Tarixən Milad bayramı müxtəlif xalqlar arasında müxtəlif adlarla tanınmışdır. Anqlo-sakson tayfaları arasında bayram "qışortası"Hutton, Ronald, The stations of the sun: a history of the ritual year , Oxford University Press, 2001."Midwinter" in Bosworth & Toller adıyla tanınmış, bəzən isə "Nātiuiteð" (latın dilindəki "nātīvitās" sözündən törəyib) adlandırılmışdır.<ref>Serjeantson, Mary Sidney, A History of Foreign Words in English </ref> Bayramın bilinən digər adı "Doğulma" – "Nativity" isə latın dilində "nātīvitās" sözündən yaranmışdır.nativity , Onlayn Etimologiya Lüğəti Qədim ingilis dilində "Gēola" ("Yule") sözü xristian Miladının qeyd edildiyi Dekabr-Yanvar aylarına aid edilir.yule , Online Etymology Dictionary. Qədim fransız dilinə, latın dilində olan nātālis (diēs) – "doğum günü" sözündən keçmiş olan "Noël" və ya "Naël" sözü XIV əsrdən "Noel" (və ya "Nowell") şəklində ingilis dilində də işlənməyə başlamışdır.noel Online Etymology Dictionary.
Tarixi 354-cü il Xronoqrafiyasında 25 dekabrın xristian liturgiyasına əsasən İsanın doğulma günü kimi qeyd edilməsi haqqında ilk məlumat vardır. Bu hadisə, artıq Şərq kilsələrinin İsanın doğulmasını Epifaniya ilə əlaqədar olaraq 7 yanvarda qeyd etdiyi dövrdə, Romada baş vermişdi. Bayramın 25 dekabrda qeyd edilməsi, Şərq kilsələri tərəfindən daha gec qəbul edilmişdir: Antioxiyada IV əsrin sonlarında, təxminən 388-ci ildə Yohannes Xrisostomos tərəfindən , daha sonrakı dövrdə isə İskəndəriyyədə. Lakin, görünür Qərbdə İsanın doğulmasının 6 yanvarda qeyd edilməsi 380-ci ilə kimi davam etmişdir.Hastings and Selbie, p. 605 245-ci ildə Origen şərh edərək qeyd edirdi ki, Müqəddəs mətnlərdə yalnız, baş aşpazı asdırmış Fironun (), Vəftizçi İohannın başını vurdurmuş Herodun () və başqa günahkarların doğum gününü belə qeyd etməsi bildirilir, İyeremiya () və İov () kimi müqəddəslərin isə onları lənətləməsi göstərilir.Origen, "Levit., Hom. VIII"; Migne P. G., XII, 495.partially quoted in "Natal Day ", The Catholic Encyclopedia, 1911. 303-cü ildə Arnobiusun tanrıların doğum gününün qeyd edilməsi ideyasına rişxənd etməsi göstərir ki, onun Milad bayramı haqqında heç bir məlumatı yox idi.McCracken, George, Arnobius of Sicca, the Case Against the Pagans, Volume 2, p. 83, . "Therefore if this is a fact, how can Jupiter be god if it is agreed that god is everlasting, while the other is represented by you to have a birthday, and frightened by the new experience, to have squalled like an infant."G. Brunner, "Arnobius eine Zeuge gegen das Weihnachtsfest? " JLW 13 (1936) pp. 178–181. Lakin, Miladın İsanın tanrı kimi yox, insan kimi doğulmasını qeyd etmək məqsədilə keçirildiyi nəzərə alındıqda bu məlumatın müasir Milad bayramı ilə bir əlaqəsinin olmadığı bildirilir. Şimali Afrikadakı Donatistlərin də Miladı qeyd etməsi düşünməyə əsas verir ki, bayramın əsası məhz 311-ci ildə kilsənin yaranmasından sonra qoyulmuşdur.
Miladla bağlı ən məşhur adətlər, İsanın doğulması hadisəsindən asılı olmayaraq, əsasən sonradan xristianlığı qəbul etmiş əhalinin qədim paqan dini ənənələri, xüsusilə qış festivallarına məxsus adətlər üzərində formalaşmışdır. Yule zamanı yandırılan Yule kötüyü və Saturnalia festivalından qalmış hədiyyə paylama da daxil olmaqla qədim paqan adətləri əsrlər ərzində xristianlıq adətləri ilə qaynayıb-qarışmışdır. Bayrama hakim olan əhvali-ruhiyyə də onun yarandığı dövrdən inkişaf etmiş, bəzən orta əsr dövlətlərinə uyğun karnavalsayağı süst və sərxoş xüsusiyyət daşımışMurray, Alexander, "Medieval Christmas" , History Today, December 1986, 36 (12), pp. 31 – 39., XIX əsrin islahatlarından sonra isə daha çox ailə və uşaqlara yönəlik mövzular üstünlük təşkil etmişdir.Les Standiford. The Man Who Invented Christmas: How Charles Dickens's A Christmas Carol Rescued His Career and Revived Our Holiday Spirits, Crown, 2008. ISBN 978-0-307-40578-4 Bundan başqa, Milad Puritanlar kimi bəzi Protestant qrupları tərəfindən, həddən artıq paqan və qeyri-bibliya məzmununa görə rədd edilmişdir.Durston, Chris, "Lords of Misrule: The Puritan War on Christmas 1642–60", History Today, December 1985, 35 (12) pp. 7 – 14. thumb|right|İsanı təsvir edən Christo Sole (Məsih günəş) mozikası, Romada, Müqəddəs Pyotr bazilikasının altında yerləşən IV əsrdən əvvələ aid xristian katakombasında olan təsvir.Kelly, Joseph F., The Origins of Christmas, Liturgical Press, 2004, p. 67–69.
Paralel bayramlarla əlaqəsi Erkən xristianlıq dövründə, qış festivalları, xüsusilə qış gündönümünə təsadüf edən günlər Avropanın paqan mədəniyyətlərində çox məşhur idi və əhali arasında böyük təmtəraqla qeyd olunurdu. Bayramın əsas səbəblərindən biri o idi ki, qış vaxtı kənd təsərrüfatı işləri az olurdu və insanlara qalan yeganə iş bayram edərək yazda yaxşı havanın olması üçün tanrılara dua etmək idi.""Christmas – An Ancient Holiday" , The History Channel, 2007. Müasir Milad ənənələri məhz həmin festivalların ənənələri əsasında yaranmaqla, hədiyyə vermə və Milad oyunları Roma Saturnaliası, Milad ağacı, işıqlar və xeyriyyəçilik Roma Yeni ilindən Yule kötüyü (tonqal qalanma ənənəsi) və Milad yeməkləri german tayfalarının paqan festival ənənələrindən götürülmüşdür.Coffman, Elesha. Why December 25? Christian History & Biography, Christianity Today, 2000.
Skandinaviya xalqlarının paqan ənənəsində qış festivalı Yule adı ilə qeyd edilir və dekabrın sonu – yanvarın əvvəllərinə təsadüf edir.Simek (2007:379). Şimali Avropada paqan ənənələri çox güclü olduğundan, burada onlar xristianlaşmadan sonra da öz təsirini qoruyub saxlaya bilmişdir, məsələn, Kolyada Milad tamaşalarında öz əksini tapmışdır. Skandinaviya xalqları indi də Miladı "Jul" adlandırırlar. İngilis dilində "Yule" sözü "Milad" sözünün sinonimi kimi işlədilirYule . The American Heritage Dictionary of the English Language, Fourth Edition. Retrieved 2014–02–08. və bu sözün istifadəsi ilk dəfə 900-cü ildə qeydə alınmışdır.