Minamitori () — Sakit okeanın şimal-qərbində yerləşən ada. Sahəsi 1,2 km² təşkil edir. Əvvəllər Anson arxipelaqı aid edilirdi. Coğrafiya thumb|right|300px|Adanın səmadan görünüşü Yaponiyanın ən ucqar şərq adasıdır. Tokiodan 1848 km cənub-şərqdə yerləşir. Yaponiya məxsus ən yaxın adadan 1267 km şərqdə yerləşir. Oqasavara kənd vahidliyinə daxildir. Ən yaxın torpaq sahəsi Faralon-de-Paxaros adası Marian adalarına daxildir və ondan 1021 km aralıda yerləşir. Kiçik əraziyə malik olasına baxmayaraq Yaponiyaya 428 875 km² iqtisadi zona qazandırır.

Tarixi Ada ilk dəfə 1694 ildə aşkarlanmışdırWelsch, Bernhard: The asserted discovery of Marcus Island in 1694; in: Journal of Pacific History, Vol. 36, No. 1; 2001, pp. 105—115. XIX əsrin ortalarına qədər adanın kordinatları dəqiq müəyyənləşməmişdi.

1874 ildə ada amerikan araşdırmaçı gəmisi tərəfindən araşdırılır. Beş il sonra adaya ilk dəfə yaponlar ayaq basırlar. Ada 24 iyul 1898-ci ildə Yaponiya imperiyasına birləşdirilirKuroda, Nagahisa: Report on a trip to Marcus Island, with notes on the birds; in: Pacific Science, Vol. 8, No. 1; 1954. 1935 ildə İmperiya donanması tərəfindən metereoloji stansiya və uçuş zolağı inşa edirlər. İkinci Dünya müharibəsi dönəmində adada 4 000 əsgər yerləşdirilmişdi.

Müharibə bitdikdən sonra digər Bonin adaları kimi Minamitori adası ABŞ dövlətinin əlinə keçir. 1968-ci ildən ada Yaponiyaya qaytarılır.

İqtisadiyyat 2012-ci ildə adada bir qrup yapon alimi anomaliya aşkarlayırlar. Burada nadir tapılan metalların ehtiyatı 6,8 milyon ton olaraq qiymətləndirilir. Bu ehtiyatlar Yaponiyaya gələcək 200 il ərzində yetərlidir.

İstinadlar

Mənbə Minami Torishima info and pictures Marcus Island sunrise, sunset, tides Map and aerial photo of Minami Torishima , from the Geographical Survey Institute of Japan website The island during the Pacific War (USS Shubrick DD 639)

Kateqoriya:Tokio adaları Kateqoriya:Yaponiya hərbi-dəniz qüvvələri Kateqoriya:Yaponiyanın ucqar nöqtələri Kateqoriya:Yaponiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Mərcan rifləri