Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur.

Klub Kariyerası Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub.

Şəxsi həyatı Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.

Uğurları Dnipro Dnipropetrovsk

Ukrayna Premyer Liqası - 2014-15 gümüş medal UEFA Avropa Liqası - 2014-15 gümüş medal

Şəxsi

Avropada ən yaxşı qapıçı mükafatına namizədlik - 2015

Xarici Keçidlər Ukrayna Futbol Federasiyasında Denis Boyko Profili

Kateqoriya:Ukrainlər Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Malaqa FK futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular