Xındırıstan — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Kənd Ağdam rayonunun Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin mərkəzidir.
Tarixi
Ümumi tarixi məlumatlar Xındırıstan ərazisində qədim neolit dövründə mövcud olmuş yaşayış məntəqəsi miladdan öncə 5250-ci ilə aid edilir. Həmin məntəqə şərti olaraq "İsmayıltəpə" adlanırTufan Akhundov, Khagani Almamedov 2022, SOUTH CAUCASIA IN THE NEOLITHIC TO EARLY BRONZE AGE (Central and Eastern Regions).Х. Алмамедов, Неолит Южного Кавказа: появление раннеземледельческой культуры в Карабахе. (2018 excavations results).
Xındırıstan barədə Rusiya İmperiyasının yazılı mənbələri XX əsrə aiddir. Belə ki, Yelizavetpol quberniyasının 1913-cü il tarixli inzibati-ərazibölgüsü kitabında "Xındırıstanlu kəndi" Şuşa qəzasının Əhmədağalı kənd icmasına aid edilib.
1921-ci il kənd təsərrüfatı siyahıyaalması zamanı Xındırıstan kəndi Azərbaycan SSR Şuşa qəzasının Şıxlar-Qərvənd kənd dairəsində göstərilib, əhalisi 660 nəfər, təsərrüfat sayı 158 vahid, əksər əhali "Azərbaycan türkləri" kimi qeyd edilib.
1926-cı il inzibati-ərazi islahatına aid qeydiyyat sənədlərində Azərbaycan SSR Ağdam qəzasının Xındırıstan dairəsi qeydə alınıbНаселение Агдамского уезда на 1926 года ..
1929-cu il inzibati-ərazi islahatı nəticəsində Azərbaycan SSR Ağdam qəzasının ərazisinin bir hissəsində Ağdam rayonu təsis edilərək, Xındırıstan kənd sovetliyi yaradılıb .
1961-ci ildə Xındırıstan kolxozu yenidən təşkil edilib, Qərvənd və Mərzili kolxozlarından sonra Ağdamın ən böyük kolxozu sayılıb.
1993-cü ildə Ağdam şəhərinin işğalı nəticəsində Ağdam rayon Polis İdarəsi Xındırıstan kəndinə köçürülüb.
Kənddə SSRİ dönəmindən bəri poçt şöbəsi fəaliyyət göstərir.
Xındırıstan məscidinin tarixi Kənd məscidi barədə məscidin axundu Hacı Baratın 02.10.2024-cü ildə "Sputnik Azərbaycan"ın bölgə müxbirinə verdyi məlumata əsasən "Xındırıstan məscidi 1907-ci ildə imkanlı kənd sakini Hacı Cabbarın vəsaiti hesabına tikilib. Sovet hökuməti dini qadağan edən illərdə məsciddən başqa məqsədlər üçün istifadə edilib. Bir müddət pendir zavodu, sonra muzey, məktəb və anbar kimi fəaliyyət göstərib. Ağdam işğal ediləndən sonra isə Xındırıstan məscidi rayonun dini mərkəzinə çevrilib. Ağdam rayon məscidi buraya köçürülüb. Tikildiyi vaxtdan 112 il sonra binanın təmirinə ehtiyac yaranıb. Ötən illərdə baş verən zəlzələlər nəticəsində məscidin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda müharibə illərində ermənilərin atdığı "Qrad" mərmilərinin binanın ətrafına tökülməsi də qəzalı vəziyyət yaratmışdı."
"Modern.az" saytında 4 noyabr 2019-cil tarixində dərc edilmiş "Xındırıstan məscidində Ağdam xatirəsi" məqaləsində yazılıb ki: "1930-cu ilə kimi şəhərin və qonşu kəndlərin-Seyidli, Sarhacılı, Xıdırlı və Muradbəyli kəndinin sakinləri dini mərasimləri məhz bu məsciddə keçirirdilər.
Ancaq 1937-ci ilin represiya illərində məscid bağlandı və burada gəlib gedən mollalar isə ya sürgünə göndərildi, ya da gülləyə tuş gəldilər. Həmin vaxtdan isə məscid taxıl anbarı kimi istifadə edilməyə başlandı. Lakin 1945-ci ildə Ağdamın simalarından olan Mir Məhəmməd ağa Müşteidzadənin təşəbbüsü ilə məscid fəaliyyətini bərpa etdi. M. M. Müşteidzadə isə məscidin axundu təyin edildi". Bununla yanaşı, məqalədə deyilir ki, Sadıq Murtuzayevin Ağdamda Kommunist Partiyasının Birinci Katibi olduğu illərdə məscid tarix-diyarşünaslıq muzeyi, müstəqillik dövründə (90-cı illərdən sonra) isə məscid kimi fəaliyyətini bərpa edə bilmişdir.
Yol 7 avqust 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı president.az
Əhalisi Əhalisi 7 mindən çoxdur.
Şəxslər Adəm Əmirov — Vətən müharibəsi şəhidi
Həmçinin bax Belə bir kənd var (film, 1981) Xındırıstan bələdiyyəsi
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri