Saudi Aramco ( tələf. Arāmkō s-Saʿūdiyyah) — Səudiyyə Ərəbistanının milli neft şirkəti. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları ilə 7 trilyon dollar arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir."Contact Us" , Saudi Aramco; retrieved 5 November 2009. "Headquarters: Dhahran, Saudi Arabia Address: Saudi Aramco P.O. Box 5000 Dhahran 31311 Saudi Arabia"

"Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir.

"Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil etmişdir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir. "Saudi Aramco" dünyanın qurudakı ən böyük neft yatağı olan Qavar və dənizdəki ən böyük neft yatağı olan Safaniyə yatağını idarə edir.Aramco Overseas Company - About Saudi Aramco , aramcooverseas.com; accessed 11 November 2014.

Saudi Aramco və Formula 1 2020-ci ilin martında, Formula 1, dünyanın aparıcı inteqrasiya edilmiş enerji və kimya şirkəti olan “Saudi Aramco” (Aramco) ilə yeni uzunmüddətli qlobal sponsorluq müqaviləsi imzaladıqarını elan etdi.

Və bununla da, “Aramco”, Formula 1-in DHL, Emirates, Heineken, Pirelli və Rolex ilə birlikdə altıncı qlobal tərəfdaşı oldu.

“Aramco” Formula 1-i idmanın dinamik cazibəsi və böyüməkdə olan qlobal fan bazasını düzgün qiymətləndirərək onu, ilk qlobal sponsorluq platforması olaraq seçdi. Formula 1-in beynəlxalq platforması “Aramco”nu, 500 milyon azarkeş kütləsi ilə məşhur olan bir auditoriyaya bağlayacaq və uğur hekayələrini dünyaya daha yaxşı çatdırmağa imkan verəcəkdir.

Tərəflər arasında imzalanan müqavilədən sonra, Səudiyyə Ərəbistanında qran-pri keçirilməsi müzakirələri aparılır. Yaxın Şərqdə, Bəhreyn və Əbu-Dabi qran-prilərindən sonra üçüncü ola biləcək Saudi GP barədə Daily Mail qəzetinə verilən müsahibə, təxminlərin doğru olacağını təssdiqlədi.

Formula 1 və Aramco davamlı yanacaq, inkişaf etmiş mühərrik effektivliyi və inkişaf etməkdə olan hərəkət texnologiyası imkanlarını müəyyənləşdirmək üçün əhəmiyyətli dərəcədə ortaq təcrübələrini birləşdirəcəkdir.

Müqavilədə, Aramco üçün treydinq markası, 2020-ci ildə ABŞ, İspaniya və Macarıstan qran-prilərinə titul haqqlarına sahib olmaq hüququ, “Aramco”nun nəqliyyat texnologiyasında bir yenilikçi mövqeyini nümayiş etdirmək üçün Formula 1-in rəqəmsal platformalarında yayım inteqrasiyası və ekspozisiyası daxildir.

Formula 1-in sədri və icraçı direktoru Çeyz Keri müqavilə barəsində dedi:

“Aramco-nu Formula 1 ailəsinə 2020 mövsümümüzə başlayarkən uzunmüddətli Qlobal Tərəfdaş olaraq salamlamaqdan məmnunuq. Birgə təcrübəmizi bölüşərək, Aramco ilə texnoloji yeniliklər üzərində işləyəcək və yanacaq-enerji sektorundakı təcrübədən böyük fayda əldə edəcəyik.”

Aramco-nun prezidenti və icraçı direktoru Əmin Nasirin bu müqavilə barəsində fikirləri:

“Dünyada milyonlarla azarkeşi olan, güclü qlobal idman markası Formula 1 ilə tərəfdaş olmaqdan məmnunuq. Dünyanın ən böyük enerji tədarükçüsü və bir yenilikçi lideri olaraq, daha effektiv işləyən mühərriklər və daha təmiz enerji üçün prinsipal həllər tapmağa çalışırıq. Bu kimi tərəfdaşlıqlar ambisiyalarımıza çatmağımıza kömək etmək üçün vacibdir.”

İstinadlar

Xarici keçidlər

Web site of Aramco Services Co. - Saudi Aramco's US Subsidiary A CNN report about the security of oil in Saudi Arabia. Much of it is about Saudi Aramco security. Saudi Arabia's crude oil production chart (1980-2004) - Data sourced from the US Department of Energy CBS 60 Minutes (2008-12-07) "The Oil Kingdom: Part One" . CBS 60 Minutes (2008-12-07) "The Oil Kingdom: Part Two" .

Kateqoriya:Səudiyyə Ərəbistanı şirkətləri