"Fairmont Baku" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, "Alov qüllələri" kompleksində yerləşən beşulduzlu otel.İlham Əliyev "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" hotelinin açılışında iştirak etmişdir . president.az, 24.06.2013 "Fairmont" otellər qrupuna aiddir.

Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur.

Hotelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksəksəviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Hoteldə 18 lift işləyir. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən "Fairmont Baku" hoteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkənin müasir turizm imkanlarını daha da artırır.

"Fairmont Baku"nun yerləşdiyi "Alov qüllələri" Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. "Alov qüllələri"nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Çünki "Alov qüllələri" həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 24 iyun 2013-cü ildə "Fairmont Baku" hotelinin açılışında iştirak ediblər.

Həmçinin bax Alov qüllələri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı hotelləri Kateqoriya:24 iyunda yarananlar Kateqoriya:2013-cü ildə tikilmiş hotellər