Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 15 km cənub-qərbdə, Gümrü şəhərinin 5 kilometrliyində, dəniz səviyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.133, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.l, 17 qeyd edilmişdir.
Kənd albanlara aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlanmışdır. Toponimin əvvəlindəki türk etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Axurik qoyulmuşdur.
Əhalisi Kənddə 1886-cı ildə 410 nəfər, 1897-ci ildə 484 nəfər, 1904 - cü ildə 554 nəfər, 1914 - cü ildə 911 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.42-43, 122-123.
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyənin Muş, Sasun Xnus, Qars vilayətlərindən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri