Böyükbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi Bu Kənd Qarabağ düzündədir. Əsli Böyükbəylidir. Keçmış adı Böyükbəy Tərəkəmə olmuşdur. XIX əsrin sonunda Üçoğlan kənd icmasına mənsub bir qrup tərəkəmə elat öz bəylərinin adları ilə Tərəkəmə Abdulbəy, Tərəkəmə Böyükbəy, Tərəkəmə Mirzəbəy və Tərəkəmə İmamqulubəy adlanırdı. Sonralar toponimin tərkibindən tərəkəmə sözü düşmüş və kənd bəyin adı ilə adlandırılmışdır. Etnotoponimdir”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 151.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri