İrind - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir.
Toponim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən ir sözü iləДревнетюркский словарь, Л., «Наука», 1969. s.211 «daxma, koma», «mağara», «kaha» mənasında işlənən in sözününДревнетюркский словарь, Л., «Наука», 1969. s.209 birləşməsindən əmələ gəlib «dağın gün düşən tərəfi olan mağara, kaha, koma yanındakı kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 179 nəfər, 1886-cı ildə 322 nəfər, 1897-ci ildə 352 nəfər, 1908-ci ildə 239 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 231 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34-35, 118-119, 1918-ci ilin yanvarında 239 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.219 yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
Xarici keçidlər
Report of the results of the 2001 Armenian Census Kiesling, Rediscoving Armenia, p. 18, available online at the US embassy to Armenia's website
Kateqoriya:Talin kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri