thumbnail|Ümumdünya Tualet Gününə həsr olunmuş loqo Ümumdünya Tualet Günü — dünyanın 19 ölkəsində hər il noyabrın 19-da qeyd edilən əlamətdar gün.Bu gün Ümumdünya Tualet Günüdür . 19.11.2015, lent.az

Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən qeyd edilir. Belə ki, BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Beynəlxalq günlər Kateqoriya:BMT beynəlxalq günləri Kateqoriya:Tualetlər