Xovd aymakıKhovd aimag http://www.infomongolia.com İstifadə tarixi:2015-11-15 () — Monqolustanın 21 aymakından biri. Qərbi Monqolustanda, paytaxt Ulan-Batordan 1 580 km qərbdə yerləşir. Mərkəzi Xovd şəhəridir. Xovd aymakı adını Xovd çayından götürmüşdür.

Tarixi 1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü.

Əhalisi Xovd aymakı öz mədəni əhalisi ilə seçilir. Burda çoxlu sayda etnoslar yaşayır. Xovd aymakında yaşayan etnoslara xalxaları, zaxçinləri, qazaxları, torqudları, öldləri, uryanxayları, dörvödlər, tuvalıları, çantuları, xoşudları nümunə göstərmək olar000 оны тооллого. Bu etnosların hər birinin özünə xas yaşam tərzi, geyim tərzi, mədəni, ədəbi, bədii və musiqi ənənələri vardır. Aymakın əhalisi 1956-cı ildən etibarən artmaqda davam edir. 1956-cı ildə əhali sayı 42 300 nəfər idisə, 1969-cu ildə bu rəqəm 54 000, 1989-cu ildə 86 831, 2000-ci ildə isə 89 326 nəfər olmuşdur. 2006-cı ildə maksimum həddə çatmış (92 395 nəfər) və azalma müşahidə olunmuşdur. 2010-cu ildə 82 204 nəfər və 2014-cü ildə 81 min nəfərə yaxın azalmışdır.

Coğrafiyası Xovd aymakı Monqolustan Altayında, Böyük Göllər hövzəsində və ən böyük hissəsi Qobi Altayında yerləşir. Ən yüksək yeri Munxayrxan zirvəsidir ki, onun yüksəkliyi dəniz səviyyəsindən 4 204 m-dir. Ən alçaq nöqtəs isə dəniz səviyyəsindən 1 126 m yüksəklikdə Cunqariya Qobisində yerləşən Bot Sonjiyn nöqtəsidir. Xovd aymakı ərazisindən axan çaylar aşağıdakılardır: Xovd çayı Bulqan çayı Buyant çayı Xoyd Senher çayı Dund Senher çayı Bodonç çayı

Xovd aymakı ərazisində yerləşən göllər aşağıdakılardır: Xar us Nuur gölü Xar Nur gölü Dörgön gölü Seseg gölü

Xovd aymakında yerləşən dağlar aşağıdakılardır: Altay dağı Jargalant xayrxan dağı Bumbat xayrxan dağı Batar xayrxan dağı Monxxayrxan dağı Baytaq bog dağı

Rayonları Xovd aymakı 17 rayondan ibarətdir. Sahəsinə görə ən böyük rayon Altay rayonu olduğu halda, ən kiçiyi Jarqalant rayonudur. Aymakın mərkəzi Xovd rayonu olmasına baxmayaraq, coğrafi mövqeyinə görə Buyant, idarəetməsinə görə Jarqalant rayonu aymakın inzibati mərkəzi sayılır. Rayon adı (sum) Monqolca adı Aymak mərkəzinə qədər məsafə (km)Sahəsi km2 Əhalisi (nəfər) Əhali sıxlığı nəfər/km2 Etnik tərkib Altay Алтай 310 13 144 2 849 0,25 Zahçin Bulgan Булган 335 8 104 8 262 1,19 Torqud Buyant Буянт 19 3 759 2 673 0,96 Tıva/Xalx Çandmani Чандмань 160 6 016 2 469 0,52 Xalx Darvi Дарви 204 5 604 2 362 0,47 Xalx Dörgön Дөргөн 106 4 128 2 266 0,73 Dörvöd Duut Дуут 76 2 146 1 287 0,98 Uryanxay Erdenebüren Эрдэнэбүрэн 60 2 772 1 995 1,22 Old Jargalant Жаргалант 0 70 29 012 417,24 Xalx/Mixed Xovd Ховд 27 2 830 2 722 1,63 Xalx Manxan Манхан 80 4 330 3 480 1,05Zahçin Mönxxayrxan Мөнххайрхан 155 2 554 1 955 1,06 Uryanxay/Zahçin Möst Мөст 180 3 927 2 939 0,91 Zahçin Myangad Мянгад 35 3 258 2 615 1,12 Myangad Seseg Цэцэг 216 3 4912 423 0,72 Halx Üyenç Үенч 305 7 476 4 024 0,64 Zahçin Zereg Зэрэг 130 2 524 2 727 1,23 Zahçin

İstinadlar

Həmçinin bax

Kateqoriya:Monqolustan aymakları Kateqoriya:1940-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1931-ci ildə yaranmış dövlətlər və ərazilər