Suriya tarixi — müasir Suriya ərazisinin tarixi.

Ən qədim dövr thumb|230px|Qadın fiquru, Suriya, B. e. ə. V əsr, Qədim Şərq muzeyi, (Tokio, Yaponiya)

Suriya qədim tarixə malik olan ölkələrdən biridir. Əldə olunan məlumatlara əsasən, demək olar ki, eramızdan əvvəl III minilliyin ikinci yarısında Suriyada tayfa quruluşu mövcud olmuş və burada yaşayanların əksər hissəsi oturaq həyat tərzi sürməyə meyil göstərmişlər. Ölkənin əlverişli coğrafi mövqeyi, şəhərlərin və kiçik quldar dövlətlərin yaranması üçün nə qədər münasib idisə, xarici müdaxiləçilər üçün də bir o qədər tamahlandırıcı idi.

Aramilər — vətəni Ərəbistan yarımadası olan köçəri tayfalar. E.ə. XIV–XI əsrlərdə aramilər Suriya, Finikiya, Mesopotamiyada yayılmışlar. Arami dili Əhəmənilər dövlətində rəsmi yazılı dövlət dillərindən biri olmuşdur. Eramızın əvvəllərinə qədər arami dili bütün Ön Asiyanın danışıq dilinə çevrilmişdir. Aramilərin törəmələri müasir assurlar — İraqda və Cənubi Qafqazda yaşayan aysorlardır.

Qassanilər dövrü (463–636) Bu sülaləni bəzi vaxtlar Ali Cəfnə də (babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf köçərək Roma İmperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq Badiyətuş-Şama (Şam çölünə) getmişdir. Qassan adlı çayın sahilində yerləşdiklərinə görə onları Qassani çağırırmışlar. Qassanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Roma imperiyasında baş verən müharibələrdə Romalıları himayə edirdilər. Sasani şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər.

Justiyanın imperator olduğu dövrdə Qassani dövləti daha da gücləndi. O, bu sülalənin əmiri olan Haris ibni Cəbləni padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Qassanilərin Ləxmilər müqabilində daha da qüdrətlənməsi məqsədini güdürdü. Qassani dövləti islamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud olmuşdur. Yərmuk müharibəsində Roma imperiyasının qoşunu məğlub edildikdən sonra, bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və başqa bir hissəsi isə Bizansa və ya Kiçik Asiyaya getmişdir.Yasmine Zahran: Ghassan Resurrected. Stacey International Publishers, London 2007.

İslam dövrü Eramızın 633–640-cı illərində Suriya büsbütün ərəblər tərəfindən zəbt edilir. Suriyanın ərəb hakimi Müaviyyə 661-ci ildə özünü Ərəb dünyasının xəlifəsi, Dəməşqi isə Ərəb dünyasının paytaxtı elan edir.

VIII əsrin ortalarınadək Suriya Əməvilər xilafətinin siyasi, mədəni və iqtisadi mərkəzinə çevrilir. Məhz bu illərdə Suriyada şəhərlər və ticarət inkişaf etdirilir. VIII yüzilliyin ortalarından Ərəb-İslam dünyasında hakimiyyət Abbasilər sülaləsinin əlinə keçdiyindən, Suriyanın, xüsusilə Dəməşqin Ərəb-İslam dünyasındakı mövqeyi zəifləməyə başlayır. Xilafətin paytaxtı isə Bağdada köçürülür.

Sonrakı yüzilliklərdə də Suriya üçün əmin-amanlıq illəri olmur. Suriya torpaqları səlcuqların, səlibçilərin, Misir məmlüklərinin, monqolların işğalı altına düşür. XII yüzilliyin axırlarına yaxın Səlahəddin Əyyubinin Yaxın Şərqdəki müvəffəqiyyətli hərbi əməliyyatları Suriya tarixinin parlaq səhifələri hesab olunur. 1187-ci ildə Fələstin ətrafında səlibçiləri darmadağın etmiş Səlahəddin Əyyubi Qüds şəhərini (indiki Yerusəlim), Suriya və Fələstin torpaqlarını azad etmişdir.

Həmdanilər dövrü (890–1004) Sülaləni Həmdan ibn Həmdun yaratmışdı. O, Mardinin valisi təyin edilmişdi.

IX əsrin sonlarında bu tayfa Həmdan ibn Həmdanın başçılığı ilə xaricilər tərəfindən vuruşduğu halda, X əsrin əvvəllərində Həmdanın oğlu Hüseynin rəhbərliyi altında xilafətə tərəf keçib xaricilər hərəkatının yatırılmasına kömək etdi.

905-ci ildə xəlifə əl-Müktəfi Hüseynin qardaşı, anası kürd olan Əbu əl-Haycə ibn Həmdanı Mosulun hakimi təyin etdi. Beləliklə Mosul vilayəti həmdanilər (Həmdan ibn Həmdanın adını daşımaqla) sülələsinin irsi hakimiyyəti altına keçdi.

Həmdanilər əmirliyinin çiçəklənmə dövrü Əbu əl-Haycənin iki oğlunun hakimiyyətinə təsadüf edir. Qardaşlarından biri Həsən irsi əmir tituluna yiyələnərək müstəqil hakimiyyətə başladı. Həsənin arvadı Fatimə kürd Əhməd ibn əl-Kürdinin qızı idi. 941-ci ildə Bağdad sarayı (xilafətin mərkəzi burda yerləşirdi) Həsənə Nəsir əd-Dövlə titulu verdi və beləliklə o, Mosul vilayətində öz hakimiyyətini gücləndirdi.

Əbu əl-Haycə ibn Həmdan Mosula hakim təyin olunan gündən qədim zamanlardan burada yaşayan və bu torpaqların qorunması uğrunda sərlər boyu canından və qanından keçmiş kürdlərin ciddi narazılığına səbəb oldu. Hərçənd ki, onun anası kürd idi. Əbu əl-Haycə ibn Həmdana qarşı ilk kürd üsyanı Məhəmməd ibn Bilalın rəhbərliyi altında başladı. Əvvəlcə Ninəva (Mosul şəhəri yaxınlığında yerləşən qədim şəhər) şəhərinə hücum edən üsyançılar onun böyük hissəsini ələ keçirməyə nail oldular. Əbu əl-Haycə ibn Həmdan üsyanı yatırtmağa çalışsa da heç bir nəticə əldə edə bilmədi.

906-cı ildə Xəlifədən kömək alan Haycə ibn Həmdan kürdlərin üzərinə qoşun göndərdi. Kürdlər Şəhruzura doğru hərəkət edib burada möhkəmləndilər. Kürdlərin başçısı Məhəmməd ibn Bilal hiyləgər gediş edərək, öz tərəfdarlarının Azərbaycan ərazisinə keçməsi üçün vaxt qazanmaq məqsədilə Ibn Həmdanla danışıqlar aparmaq qərarına gəldi.Freytag, G. W. (1856). "Geschichte der Dynastien der Hamdaniden in Mosul und Aleppo". Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft (in German) X: 432–498.

Osmanlı dövrü

thumb|upright|19-cu əsrdə Osmanlı-Suriya geyimləri 1516-cı ildə Yavuz Sultan Səlim Mercidabıkda Məmlükləri məğlub edərək bugünkü Suriya torpaqlarını Osmanlı dövlətinə birləşdirir. Osmanlı dövlətinin Suriyanı tutması bölgədə yaşayan xalqların 400 ilə yaxın savaşsız, dinc və sakit həyat sürməsinə səbəb olmuşdur. Osmanlı hökuməti bölgəni idarə etmək üçün Şam əyaləti yaratmış, Qüds, Qəzzə, Nablus isə əyalətin sancaqları olmuşdurTürkmen oğlu Deniz, http:// halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri/ 5436639.. O zaman Suriya tərkibinə daxil olan Dağlıq Livan və Fələstin yerli feodal hakimlər köhnə qaydada olduğu üçün vəzifələrində qaldı və onlar türk sultanının vassalları oldu. Suriyanın qalan yerləri isə üç vilayətə bölünüb bilavasitə Osmanlı dövləti tərəfindən idarə edilirdi.

Avropa dövlətlərinin Osmanlı imperiyasını tarix səhnəsindən silmə və Müsəlmanların bir mərkəzdə birləşməsini təmin edən xəlifəliyi ləğv etmə planlarının bir hissəsi də Balkanlarda, Misirdə, Suriyada hökumətin gücünü zəiflətmək idi. 1799-cu ildə Napoleon Misir səfərində Yafaya qədər Fələstinin (Heyati Ülkü, 1979) bir hissəsini işğal etsə də, orada duruş gətirə bilmədi. Əhməd Paşa komandanlığındakı Osmanlı ordusu Akka önlərində Napol eonun ordusunu g eri oturtdu. Savaş yolu ilə qalib gələ bilmədiklərini görən Avropa strat eqləri başqa planlar hazırladılar.

Böyük Britaniya imperiyası da Orta Doğunun zənginliklərindən faydalanmaq və dünya hakimiyyətini davam etdirmək üçün XIX əsrin başlarından etibarən Osmanlı dövlətini yıxmaq və İslam ölkələrini bölmək üçün Fələstində bir yəhudi dövləti qurmağı planlamışdı. 1822-ci ildə baş verən böyük zəlzələ və onun ardınca başlayan yoluxucu xəstəliklər bölgənin iqtisadi və əsgəri gücünü zəiflətmişdiNur Ayşe, 2014, http://www.radikal.com.tr/yazarlar/ayse_hur/megerse_ suriyede _turkmenler_yasarmis-1169309.

Böyük Britaniya, Fransa vb. Avropa dövlətlərinin təhriki ilə Osmanlı dövlətinin Misirdəki valisinin oğlu İbrahim Paşa ölkənin güneyini işğal etmək, hətta gücü çatarsa, İstanbulu da fəth edərək sultanlıq taxtını ələ keçirmək fikrinə düşür. Bu məqsədlə də o, 1831-ci ildə Suriyaya hücum edir. Həmin illərdə Osmanlı əsgəri birliklərində bir yenilənmə hərəkatı başladığından üsyançı ordu birləşmələri məhv edilə bilmir. O, 1832-ci ilin mayında Ək-kəni aldı, iyunun 13-də isə Dəməşqə daxil oldu. Əhali osman-lı zülmünə qarşı mübarizədə İbrahimi öz xilaskarı hesab edib, onu sevinclə və rəğbətlə qarşıladı. 1832-ci ilin iyulunda Misir ordusu türklər üzərində iki dəfə parlaq qələbə çaldı və bütün Suriyanı işğal etdi. Onlar 1832-ci ildə Konyaya qədər gəlib çıxırlar. Vəziyyətin ağır odluğunu görən Sultan II Mahmud İngiltərə və Fransadan yardım istəyir. Misir valisini Sultan II Mahmuda qarşı üsyana həvəsləndirən hər iki dövlətin rəhbərləri bu müraciətə cavab vermirlər. Çarəsiz qalan Sultan II Mahmud iki il öncə savaşdığı, torpaqlarının bir qismini verməyə məcbur olduğu Rusiya hökmdarı I Nikolaya yardım üçün müraciət etməli olur. Rus donanması İstanbula gəlir.Татищ eв С. С. Восточная политика имп eратора Николая I. СПб., 1889.

Bundan Böyük Britaniya hökuməti narahat olur və Kütahyaya qədər gəlmiş Misir ordusu komandanları ilə Osmanlı sultanı arasında vasitəçilik edir. Kütahyada bağlanmış andlaşmaya əsasən Suriya, Fələstin vb. bölgələrin idarəsi 1833-cü ildən Osmanlı tabeliyində olan Misıir valisi Mehmet Ali Paşanın sülaləsinə verilir.Sabry M., L’Empire 'egyptien sous Mohammed-Ali et la question d’Orient (1811–1849), Paris, 1930.

Bu hadisədə uduzan Osmanlı dövləti olsa da, Misir valisi ilə yanaşı, çar Rusiyası da, Böyük Britaniya da qazanır.Zeyrek Yunus, 2013:10, sayı 32. Avropalıların apardıqları pozuculuq işi öz təsirini göstərir. Osmanlı vətəndaşı olan ərəblərin içərisində Osmanlı əleyhdarlarının sayı ildən-ilə artır. Osmanlı əlehdarı olan Ərəblərin böyük bir qismi yüksək hökumət vəzifələrində də çalışır, orduda zabit kimi xidmət edir, general rütbəsinədək yüksəlirdi.

İbrahim Suriyada ən vacib sahə olan strateji sahədə inzibati sistemi yenidən qurdu, o möhkəm mərkəzləşdirmə siyasəti yeridərək mütləq hakimlik iddiasında idi. Amma İbrahimin ideyalarının əksinə olan hadisələr baş verdi. Suriya mahallara bölündü və bunlar İbrahimin təyin etdiyi qubernatorlar tərəfindən idarə edilirdi. Eyni zamanda misirlilər tərəfinə keçən II Bəşir Dağlıq Livanda öz hakimiyyətini mühafizə edib saxladı. Misir canişini obyektiv olaraq mütərəqqi xarakter daşıyan bir sıra tədbirlər həyata keçirdi. Feodal hərc-mərcliyi və iğtişaşlarına son qoyuldu. İbrahim türklərin hakimiyyəti dövründə xristianlar üçün qoyulmuş həqarətli məhdudiyyətləri ləğv etdi, ölkədə tolerantlığa şərait yaratdı və onların da qanunun himayəsi altında olmasını təmin etdi. O, ölkənin kənd təsərrüfatını yüksəltməyə çalışır, taxıl əkini sahələrini genişləndirirdi. İbrahim heyvandarlığı inkişaf etdirmək məqsədilə Antakya yaxınlığında böyük bir nümunəvi maldarlıq ferması təşkil etdi. Bununla yanaşı o, özbaşına cərimə və vergi alınmasına qarşı mübarizə aparırdı. Bundan başqa o, yoluxucu xəstəliklərə qarşı karantinlər düzəltdi, poçt-rabitə xidmətini qaydaya saldı. Bir çox ibtidai məktəblər, o cümlədən Dəməşqdə 600 şagird üçün, Hələbdə 400 şagird üçün məktəb və Antakyada üç orta məktəb açılmışdı. Canişin, xristian missionerlərinə də icazə verdi ki, məktəblər açsınlar. O, bu yolla xalq maarifi işini yaxşılaşdırmaq ümidində idi. Missionerlər isə Beyrutda qızlar üçün ilk məktəb açdılar və mətbəə təşkil etdilər. Lakin bu səmərəli tədbirlərin ölkə həyatına dərin təsir göstərməsi üçün vaxt yox idi. Əhali Misir hakimiyyətinin mənfi cəhətlərini daha çox hiss etməkdə idi. Məhəmmədəli daim Türkiyə ilə yeni müharibə təhlükəsi şəraitində idi və buna görə İbrahim öz silahlı qüvvələrini artırmalı və istehkamlar tikdirməli olurdu. Əlbəttə, bu cür hərbi işlərə çoxlu vəsait xərclənirdi. Əlavə vəsaitlər əldə etmək üçün o, yeni can vergisi qoydu, vergi yığılması işində ellik zəmanət qaydası tətbiq etdi. İnhisarlar sistemi Suriyaya da yayıldı. İpək və pambıq üçün qoyulmuş inhisar əməli surətdə həyata keçirilirdi. Əhalini yol və istehkam tikintisinə cəlb edirdilər və bu işlər mövsümi və icbari idi. Bununla yanaşı, İbrahim ordunun sıralarını artırmaq üçün hərbi xidmətə çağırışa başladı. Bütün əhalinin tərksilah edilməsi haqqında İbrahimin əmri də çox narazılıqla qarşılanırdı.