Frumsenq Milli Parkı (; keçmiş adı Thrumşinq Milli Parkı) — Butanın mərkəzində yerləşən və 905,05 km2 ərazini əhatə edən milli park. Milli park Butanın 4 dzonqxasını əhatə etsə də, əsas hissəsi Monqar dzonqxasındadır. Butan yan avtomagistralı milli parkı tən ikiyə bölür. Milli park ərazisində Thrumşinq-La keçidi yerləşir.
Flora və fauna
thumb|left|250px|Traqopan satir Frumsenq Milli Parkında xeyli qədim küknar meşələrindən ibarət sahələr var. Parkın dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 4.400 metrə qədər dəyişir. Frumsenq Milli Parkında nəsli təhlükədə olan 6 quş növü yaşayır: Nepal kərgədan quşu (Aceros nipalensis), kürənboğaz çoxdanışan çalıquşu (Spelaeornis caudatus), traqopan-satir (Tragopan satyra), gözəl sitta (Sitta formosa), Uard troqonu (Harpactes wardi), şabalıdsinə kəklik (Arborophila mandellii) və nəsli demək olar ki, kəsilmək üzrə olan qaramtılsinə çoxdanışan (Sphenocichla humei). Milli parkda gözəl mənzərələr var.Xüsusilə meşə mənzərələri daha çox diqqət çəkir. Frumsenqdəki biomların torpaqları kövrək olduğuna görə burada inkişaf işləri aparmaq əlverişsizdir.
Turizm
Butan Trest Fondu Frumsenq Milli Parkının gözəl turizm potensialına sahib olduğunu açıqlamışdır. Xüsusilə, milli parkı ikiyə ayıran avtomagistral turizmi canlandırır. Milli park ərazisində 11.000 nəfər yaşayır. Butan Trest Fonduna görə "krallıq insan ilə təbiət arasındakı harmonik balansın təmin edilməsinə yaxınlaşıb".. Dünya Vəhşi Təbiət Fondu milli parkda layihələrini keçirməkdə davam edir.
İstinadlar
Xarici keçidlər
Dünya Vəhşi Təbiət Fondunun rəsmi saytında.
Kateqoriya:Butan milli parkları Kateqoriya:Bumtanq dzonqxaqı Kateqoriya:Lhuntse dzonqxaqı Kateqoriya:Monqar dzonqxaqı Kateqoriya:Jemqanq dzonqxaqı Kateqoriya:1998-ci ildə yaradılmış qoruq əraziləri