() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Qanadları açılmış halda 32–38 mm-dir. Ön qanadları sarı-yaşıl rəngdə olub, əsası və orta hissəsi qırmızımtıldır. Eninə uzanan zolaqlar sarımtıl-bozdur, dalğalı zolaq açıq rəngdədir, dişli deyil, azacıq əyridir, yumru naxış aydın görünmür, ağ haşiyəlidir. Arxa qanadlar qonuru-bozdur, ətraf saçaqları qırmızımtıldır.

Yayılması Avropa və Rusiyada, Orta Asiyada, Cənubi Sibirdən Yaponiyaya qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda isə Böyük və Kiçik Qafqazın 2000 m hündürlükdə dağ-meşə qurşağında, dağətəyinin daşlı yamaclarında rast gəlinir.

Həyat tərzi Kserofit stasiyalar və dağ-meşə biotoplarında. Tırtıl mərhələsində qışlayır. Yaza, may və avqust aylarında tırtılı güləvər, qaytarma, kəpənəkçiçək, üsküotu üzərində yaşayır. Kəpənəyi iyun, iyul və avqustda uçur. Bir nəsil verir.

Sayı Azsaylıdır.

Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar

Həmçinin bax