— Studio Ghibli-də Hayao Miyazakinin ssenarisi və rejissorluğu ilə 2008-ci ildə çəkilmiş tammetrajlı anime-film. Bu, onun Ghibli-də səkkizinci, ümumilikdə isə onuncu filmidir.

Məzmun Hekayə iki beşyaşlı uşaq, Soske adında oğlan və Ponyo balığı haqdadır. Soske və anası sıldırım qayanın üstəndə dəniz mənzərəsi olan evdə yaşayırlar. Soskenın atası balıqtutan gəminin kapitanıdır və evdə nadir hallarda olur. Ponyo çoxsaylı bacıları ilə okeanın dibində dəniz cadugarının evində yaşayır. Bir gün Ponyo insanlara baxmaq üçün evdən gedir və şüşə bankaya düşür. Bu halda onu sahildə Soske tapır. Ponyo Soskeya vurulur və insan olmaq arzusuna gəlir.

Mükafatlar və nominasiyalar

Mükafatlar 2008 — Venesiya Film Festivalının iki mükafatı: Future Film Festival Digital Award — xüsusi qeydetmə, Mimmo Rotella fondunun mükafatı (hər ikisi Hayao Miyazakiyə) 2009 — Yapon akademiyasının iki mükafatı: ən yaxşı animasiya filmi, ən yaxşı musiqi (Dzö Hisaisiyə) 2009 — Asian Film Awardsmükafatı: ən yaxşı bəstəkar (Dzö Hisaisi)

Nominasiyalar 2008 — Venesiya Film Festivalının Qızıl Şir mükafatına nominasiya (Hayao Miyazaki) 2009 — Asian Film Awards mükafatına iki nominasiya: ən yaxşı film, ən yaxşı rejissor (Hayao Miyazaki) 2010 — Enni mükafatına iki nominasiya: rejissura (Hayao Miyazaki), musiqi (Dzö Hisaisi) 2010 — Hong Kong Film Award mükafatına ən yaxşı Asiya filmi kateqoriyasında nominasiya

Maraqlı faktlar Animedəki bir epizodda Risa Qonşum Totoro animesinin açılış mahnısını zümzümə edir. Həmçinin, soyuducunun üstündəki çoxsaylı maqnitlərin arasında Totoro da var.

Keçidlər Rəsmi yapon sayt Rəsmi amerikan sayt Ponyo on the Cliff by the Sea Web «Рыбка Поньо на утесе»

Kateqoriya:Hayao Miyazakinin animeləri Kateqoriya:Əlifba sırasına görə cizgi filmləri Kateqoriya:İlin ən yaxşı animasiya filminə görə Yaponiya Akademiya Mükafatı qalibləri Kateqoriya:2008-ci ilin anime filmləri Kateqoriya:Nağıllar haqqında anime və manqalar Kateqoriya:Uydurmada qan Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş anime filmləri Kateqoriya:Studio Ghibli Kateqoriya:Toho filmləri Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:2000-ci illərin fentezi filmləri Kateqoriya:Yaponiya haqqında filmlər Kateqoriya:Yaponca filmlər Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:2008-ci il haqqında filmlər Kateqoriya:Anime filmləri Kateqoriya:The Kennedy/Marshall Company filmləri