Arif Mustafa oğlu Əfəndiyev () — azərbaycanlı biokimyaçı alim, pedaqoq, tibb elmləri doktoru (1986), professor (1989), Azərbaycanın Əməkdar müəllimi (2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyası Biokimyanın Tədrisi Komissiyasının üzvü, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri (1987–2020).
Həyatı Arif Əfəndiyev 1942-ci il sentyabrın 30-da Şamaxı rayonunda anadan olub. 1950–1960-cı illərdə Bakı şəhəri Səbail rayon 6 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra, 1960-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) Əczaçılıq fakültəsinə qəbul olmuş və 1965-ci ildə buradan məzun olmuşdur.
Dürdanə Əfəndiyeva adlı xanımla ailəlidir. Məhiyəddin və Teymur adlı 2 oğlu, Atilla və Məhiyyədin adlı 2 oğlan və Fatimə adlı 1 qız nəvəsi var.
30 oktyabr 2026-cı ildə vəfat edib.
Fəaliyyəti Arif Əfəndiyev Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvüdür.
Üzv olduğu qurumlar Azərbaycan Tibb Universitetinin Elmi Şurasının üzvü Azərbaycan Tibb Universitetinin Dissertasiya Şurasının üzvü Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika fakültəsinin Elmi Şurasının üzvü Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Elmi Cəmiyyətinin idarə heyətinin üzvü 1999-cu ildən Avropa Biokimyaçılar Federasiyasının "Biokimyanın tədrisi" Komissiyasının üzvü
Kitabları 1974 və 1984-cü illərdə iki dəfə çapdan çıxmış "Bioloji kimya" dərsliyinin müəllifidir. 2002–2010-cu illərdə üç dəfə 4 cildlik "İnsan Biokimyasının əsasları" kitabının müəllifidir. 2007-ci ildə çap edilmiş "Klinik və Patoloji Biokimya" dərsliyinin müəllifidir.
Mükafatları 1986-cı ildə Tibb elmləri doktoru fəxri adına layiq görülmüşdür. 1989-cu ildə Tibb elmləri professoru fəxri adına layiq görülmüşdür. 1984-cü ildə "SSRİ Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan Tibb Universitetinin professorları Kateqoriya:Tibb elmləri doktorları