Zərifə Əziz qızı Əliyeva () — Azərbaycanın dövlət və elm xadimi Əziz Əliyevin qızı, Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşı, Azərbaycanın dördüncü Prezidenti İlham Əliyevin anası, həkim-oftalmoloq, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983).
Həyatı Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və Leyla xanım Əliyevanın ailəsində dünyaya göz açıb. Elə həmin ilin may ayında ailəsi Bakıya köcür. O zaman Sankt-Peterburq Tibb Akademiyasının 2-ci kurs tələbəsi olan Əziz Əliyev Rusiyada təhsilini yarımçıq qoymağa və ali tibb təhsilini Bakıda davam etdirməyə məcbur olub.Ulu öndər Heydər Əliyev və ömür-gün yoldaşı Zərifə Əliyeva
Zərifə Əliyeva ailədə ikinci övladdır. Qardaşları həkim, Tibb elmləri doktoru Tamerlan Əliyev və akademik Cəmil Əliyev, bacısı pianoçu Gülarə Əliyevadır.
Zərifə xanım Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev ilə ailə həyatı qurub. 12 oktyabr 1955-ci ildə qızı Sevil Əliyeva, 24 dekabr 1961-ci ildə oğlu, Azərbaycan Respublikasının gələcək Prezidenti İlham Əliyev dünyaya gəlib.İlham Heydər oğlu Əliyev
Ailəsi
Təhsili Zərifə xanım Əliyeva 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Bakıda Tibb İnstitutunu bitirdikdən sonra Moskvada, Ümumittifaq Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutuna daxil olur. O, 1949-cu ildə ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır və 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır.
Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olur.
1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanı müdafiə edir və bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksəlir.
1977-ci ildə "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edir və ona Tibb elmləri doktoru elmi dərəcəsi verilir.
Elmi fəaliyyəti Elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edən Zərifə xanım bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı.Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb Zərifə xanım uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və Azərbaycanda traxoma bir xəstəlik kimi aradan qaldırılır. Traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə Əliyevanın adı ilə bağlıdır.
1960–1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adına layiq görülmüşdür. 1967-ci ildə Z. Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib. Onun "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işi oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir və həmin kafedranın müdiri olur. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z. Ə. Əliyeva 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.Zərifə Əliyevanın Bioqrafiyası
Akademik Zərifə Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpoziumlarda iştirak etmişdir. Z. Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu keçirilmişdir. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.
Üzv olduğu təşkilatlar Z. Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, "Oftalmologiya xəbərləri" jurnalının (Moskva) redaksiya heyətinin, respublika "Bilik" Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.
Mükafatları 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatı verildi (oftalmologiya sahəsində ən yüksək mükafat). O, həmin mükafata layiq görülən ilk qadın alimdir.
Kitabları Əliyeva Zərifə (2003). Mustafa Topçubaşov (red.) "Yüksək əqidə (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)". Bakı, Azərbaycan. səh. 104.Milli Kitabxana. AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA Əliyeva Zərifə, N. B. Şulpina (1980). "Анатомо-физиологическая характеристика гидродинамической системы глаза". З. А. Алиева, Н. Б. Шульпина ; МЗ СССР Ин-т Усовершенствования врачей. Азернешр. (Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri)Azərbaycan Milli Kitabxanası. "Анатомо-физиологическая характеристика гидродинамической системы глаза". З. А. Алиева, Н. Б. Шульпина Bakı: Azərnəşr. səh. 36. Əliyeva Zərifə (1981). "Офтальмопатология при хронической йодовой интоксикации" З. А. Алиева. Баку, Азернешр 1981Azərbaycan Milli Kitabxanası Офтальмопатология при хронической йодовой интоксикации З. А. Алиева. (Xroniki yod intoksikasiyasında oftalmopatologiya). Bakı: Azərnəşr. səh. 134. Əliyeva Zərifə (1980). "Профессиональная патология глаз в шинном производстве З. А. Алиева."Azərbaycan Milli Kitabxanası. Профессиональная патология глаз в шинном производстве "Şin istehsalında gözün peşə patologiyası" Bakı: Azərnəşr. səh. 126 Əliyeva Zərifə (1979). "Герпетическая болезнь глаз: учебное пособие для врачей-офтальмологов" (Herpetik göz xəstəlikləri: oftalmoloqlar üçün dərslik)Azərbaycan Milli Kitabxanası. Герпетическая болезнь глаз: учебное пособие для врачей-офтальмологов З. А. Алиева. Bakı: Azərnəşr. səh. 16. Əliyeva Zərifə (1979). "Острые вирусные конъюнктивиты: учебное пособие для врачей-офтальмологов"Azərbaycan Milli Kitabxanası. Острые вирусные конъюнктивиты: учебное пособие для врачей-офтальмологов З. А. Алиева. (Ağır virus konyuktivləri: oftalmoloqlar üçün dərslik) Bakı: Azərnəşr. s. 16. Z. Ə. Əliyeva, P. S. Məlik-Aslanova (1980). "Возрастные изменения глаза и путей зрительного нерва: (морфогистохимическое исследование)" (Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi: (morfoqistokimy. tədq.)), 124 s., Bakı. Azərnəşr. Z. Ə. Əliyeva, M. Sultanov (1983). "Современные методы хирургического лечения слезотечения (методические рекомендации)" (Göz yaşının axmasının cərrahi müalicəsinin müasir üsulları: (metodik tövsyələr)). 53 s., Bakı. Azərnəşr.
Z. Ə. Əliyeva, M. Y. Sultanov (1983). "Физиология слезоотведения" (Göz yaşının axmasının fiziologiyası) 60 s., Bakı. Azərnəşr. Z. Ə. Əliyeva, M. Y. Sultanov (1987). "Методы защитной хирургии слезных протоков" (Göz yaşı yollarının qoruyucu cərrahiyə üsulları). 61 s., Bakı. Azərnəşr. Z. Ə. Əliyeva, A. P. Nesterov, Z. M. Skripçenko (1988). "Профессиональная патология органа зрения". (Görmə orqanının peşə patalogiyası). 288 s., Medisina.
İrsi Dünyada Zərifə Əliyevanın xatirəsini əbədiləşdirmək üçün aşağıdakılar onun şərəfinə adlandırılmışdır:
Bakıda Milli Oftalmologiya Mərkəzinə, Naxçıvanda şəhər poliklinikasına akademik Zərifə Əliyevanın adı verilmişdir, Bakıda adına park salınıb, Bakının mərkəzi küçələrinin biri onun adını daşıyır.
Türkiyənin paytaxtı Ankara şəhərinin Yenimahalle və Keçiören ərazisində yerləşən parka Zərifə Əliyevanın adı verilmişdir.Zarife Aliyeva Parkı
Ukraynanın İrpen şəhərində Zərifə Əliyeva adına istirahət mərkəzi salınıb,Ukraynada akademik Zərifə Əliyeva adına istirahət parkı həmçinin bu şəhərdə Zərifə Əliyevanın adına "Linqvist" liseyi açılıb.
Bakıda istedadlı üşaqlar üçün Zərifə Əliyeva adına lisey fəaliyyət göstərir.Akademik Zərifə Əliyeva adına lisey Lisey 2008-ci il 28 aprel tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir.
2022-ci ildə həkim Zərifə Əliyevanın şərəfinə adlandırılmış, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan Ro-Pax tipli gəmi-bərə istismara verildi.İlham Əliyev "Zərifə Əliyeva" gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
2023-cü ildə Azərbaycanda Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilmişdir.
Zərifə xanımın adına 2003, 2008 və 2013-cü illərdə həsr olunmuş poçt markaları buraxılıb.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Onun məzarı üzərinə tuncdan heykəl qoyulub.
Zərifə Əliyeva Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin həyat yoldaşı Azərbaycan Respublikasının dördüncü prezidenti İlham Əliyevin anasıdır.
İstinadlar
Xarici keçidlər Haqqında məqalələr
Kateqoriya:Əliyevlər
Kateqoriya:Azərbaycanın qadın həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan oftalmoloqları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Azərbaycan siyasətçilərinin həyat yoldaşları Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan akademikləri Kateqoriya:AMEA-nın qadın həqiqi üzvləri Kateqoriya:Azərbaycanlı oftalmoloqlar Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Novodeviçye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsr Azərbaycan qadınları Kateqoriya:Azərbaycanın birinci xanımları