Mefona () — Saturnun çox kiçik peyklərindən biri. Orbiti Saturnun Mimas və Enkelad peyklərinin orbitləri arasında yerləşir.

Kəşf və adlandırma thumbnail|left|Peykin kəşfinə səbəb olmuş şəkil (1 iyun 2004) Peyk ilk dəfə Kassini komandası tərəfindən müşahidə olunmuş və müvəqqəti olaraq S/2004 S 1 adı verilmişdir. Daha sonra peyk Saturn XXXII adlandırılmışdır. "Kassini" aparatı iki dəfə peykə yaxınlaşmışdır. 2012-ci ilin 20 mayında peykin 1.900 km yaxınlığına çataraq şəklini çəkmişdir.

Mefona adı 21 yanvar 2005-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tövsiyə olunmuş, 2006-cı ildə keçirilmiş iclasda təsdiq olunmuşdur. Yunan mifologiyasında Mefona yeddi alkioniddən biridir.

Xarakteristikası 2012-ci ilin may ayında Saturnun orbitində fəaliyyət göstərən "Kassini" aparatı ilk olaraq Mefonaya yaxınlaşaraq onun şəkillərini çəkmişdir. Çəkilən şəkillərdə peykin səthinin detalları yaxşı ayırd edilə bilinməmişdir. Aparatın köməyi ilə peykin yumurtaşəkilli olduğu, çox hamar və kratersiz səthə malik olduğu məlum olmuşdur. Saturnun digər peykləri olan Pallena və Eqeon peyklərinin də belə hamar səthə malik olduğu ehtimal edilir. Mefonaya ən yaxın peyk Mimasdır. Digər kiçik peyklərin çoxunda olduğu kimi Mefona da kürə formasında deyil.

Mefonanın radiusu 1,6 km, çəkisi təxminən 9×1012 kq-dır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Mefona Profili BAİ və Göy cisimləri adı

Kateqoriya:Saturnun peykləri