Əbu Əbdürrəhman Tavus ibn Keysan əl-Həmdani əl-Yəməni əl-Hövlani əl-Himyəri (; ) — tabiin nəslinə mənsub mühəddis və fəqih.

Həyatı

Tavus ibn Keysan 653-cü ildə Yəməndə doğuldu və Cənəd şəhərində yaşadı. Əsl adının Zəkvan, ləqəbinin Tavus olduğunu söyləyənlər varsa da, Tavus adıyla şöhrət tapmışdır. Tavus (bəzək, zinət) ləqəbinin ona qiraətçilərin öndə gələnlərindən (Tavusül-qurra) olması dolayısıyla verildiği qeyd edilir. Dövrün Sasani hökmdarının Yəməni zəbt etmək üçün göndərdiyi əsgərlərin soyundan gələn (əbna) Fars mənşəli bir ailəyə mənsubdur. Əməvilərin ilk dönəmlərində Yəmənə amil təyin edilən Bahir ibn Risan əl-Himyəri və ya İbn Hövzə əl-Həmdaninin mövlası olduğu nəql edilir. Ailəsinin mənşəyi haqqında başqa rəvayətlər də zikr edilməkdə, anasının fars əsilli olub, atasının Nəmir ibn Qasit qəbiləsinə mənsub olduğu yaxud bu ailənin bir Ərəb qəbiləsiylə heç vəla aqdi qurmadığı, ancaq Tavusun atası Keysanın Himyər qəbiləsindən bir qadınla evləndiyi və Tavusun bu evlilikdən dünyaya gəldiyi bildirilir.

Tavus əlli nəfərə qədər səhabə gördü, onlardan hədis və elm öğrəndi. Yəməndə yaşamaqla birlikdə zaman-zaman müəllimi Abdullah ibn Abbasın olduğu Məkkəyə və Zeyd ibn Sabitin yaşadığı Mədinəyə səyahətlər etdi. Hədis rəvayət etdiyi səhabələr arasında Əbu Hüreyrə, Aişə, Zeyd ibn Sabit, Zeyd ibn Ərqam, Sürəqa ibn Malik, Səfvan ibn Üməyyə, Cabir ibn Abdullah, Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr, Abdullah ibn Əmr ibn Əs vardır.

İstinadlar

Kateqoriya:İslam alimləri Kateqoriya:Yəməndə doğulanlar Kateqoriya:Tabiinlər Kateqoriya:634-cü ildə doğulanlar Kateqoriya:724-cü ildə vəfat edənlər Kateqoriya:Hədis alimləri Kateqoriya:İslam tərcümeyi-halı