Seyidşah Məmmədov (tam adı: Seyidşah Qəmli oğlu Məmmədov; ) — aktyor.

Həyatı Seyidşah Qəmli oğlu Məmmədov 14 aprel 1968-ci ildə Qubanın Nügədi kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivalında iştirak etmişdir. Bu illər ərzində 30-dan çox rollar oynamış, bədii film və televiziya tamaşlarında iştirak etmişdir. S.Məmmədov 2002-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülmüşdür.

Bir neçə film, serial, reklam və kliplərdə çəkilmişdir. Evlidir.

Əsas rolları

Aparıcı — ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə) İfrit — ("İfritin kələyi", Y.Şvarts) Müsyö Jordan — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov) Fokt — ("Hekayəti-Xırsi-quldurbasan", M.F.Axundov) Qırıntı — ("Sən məni atmazsan ki...", C.Steynbek) Brabansio — ("Otello", V.Şekspir) Firs — ("Albalı bağı", A.P.Çexov) Estereqon — ("Qodo həsrətində", S.Bekket) Jeront — ("Skapenin kələyi", J.B.Molyer) Tərki dünya — ("Ruh", K.Abdulla) Brak — ("Qedda Qabler", H.İbsen) Qara — ("Axırıncı qatar, yaxud itlər", İ.Fəhmi, O.Kazımi) Hacı Salah, oyunçu — ("Sərgüzəşti vəziri Xani Lənkəran", M.F.Axundzadə) Kirayənişin — ("Ağ gecələr", F.Dostoyevski) Prezident — ("Məkr və məhəbbət", F.Şiller) Terezi — ("Şah Edip", Sofokl) Dövlət bəy — ("Aydın", C.Cabbarlı) Platon — ("Şeyx Sənan", H.Cavid) Mister Braunlou — ("Oliver Tvistin macəraları", Ç.Dikkens) Ata — ("Göyçək Fatma", Azərbaycan xalq nağılı) Kapuletti — ("Romeo və Cülyetta", U.Şekspir) Nikola — ("Don Rafael trambonçu", Peppino De Filippo) Loğman — ("Əlincə qalası", Dilsuz) Əlləz — ("Qaraca qız", S.S.Axundov, A.Şaiq) Karlo ata — ("Buratinonun macəraları", A.Tolstoy) Françesko, Nikola — ("İtalyansayağı xoşbəxtlik", D.Fo, P.Filippo)

Filmoqrafiya Bir anın həqiqəti (film, 2003) Cavad xan (film, 2009) Muradına çatan Günəş

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları