Slavyanka — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Yaşayış məntəqəsi çar hökumətinin köçürmə siyasəti ilə əlaqədar Krım yarımadasından gəlmələrin 1844-cü ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd köçürmə kampaniyasına rəhbərlik edən və burada yaşayan rus zabiti Slavinonun adı ilə adlandırılmış, 1854-cü ildən Slavyanka kimi rəsmiləşdirilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4047 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Azərbaycanın dünya şöhrətli Slavyanka suları Slavyanka kəndinin təbii bulaqlarından çıxır. Slavyanka suları insan orqanizminə faydalı olan minerallarla zəngin təbii süfrə suyudur və Azərbaycanda, o cümlədən digər ölkələrdə qısa zaman ərzində məşhurlaşmışdır.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Gədəbəy rayonunun kəndləri