Krım Respublikası (, , krh. Qırım Cumhuriyeti) — Rusiyanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublika, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Simferopol (Ağməscid) şəhəridir.

Tarix 2014-cü ilə qədər Ukraynanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar əyalət idi. 2014-cü ildən Rusiyanın işğalına məruz qalıb.

İnzibati quruluşu Krım Respublikası və Sevastopol (Ağyar) birlikdə Rusiyanın Krım Federal Bölgəsində yerləşdirilib.

Krım Respublikası 14 rayondan və 10 respublika tabeliyində olan şəhərdən ibarətdir. Krım Respublikasının iri şəhərləri Simferopol (Ağməscid), Kerç (Keriç), Yevpatoriya (Kezlev), Feodosiya (Kefe), Yalta, Canköy və Bağçasaraydır.

Milli tərkibi +Krım əhalisinin etnik tərkibi Etnik qrup Sayı, 2014-cü il sa. Nisbəti cəmi1891465100.00 %rus1188978 62.86%ukraynalı291.60315.42 %krım tatarı229.52612.13 %tatar42.2542.23 %belorus179190.95 %erməni96340.51 %azərbaycanlı37380.20 %özbək32650.17 %koreyalı28200.15 %yəhudi25430.13 %polyak24350.13%moldovan25730.14%alman16480.09 %mordva13340.07 %çuvaş15290.09 %

İstinadlar

Xarici keçidlər Agreement on the accession of the Republic of Crimea to the Russian Federation signed Constitution of the Republic of Crimea

Kateqoriya:Krım Kateqoriya:Rusiya respublikaları Kateqoriya:Cənub federal dairəsi Kateqoriya:Avropada mübahisəli ərazilər