Məmmədşərif Həbibulla oğlu Həmidov () — Azərbaycan hərbi xadimi, general-mayor, Azərbaycan SSR hərbi komissarı (1960–1969).

Həyatı Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23də Şəki şəhərində anadan olmuşdur. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937–1940-cı illərdə Şəki komsomol və partiya komitələrində işləmişdir. 1940-cı ildən sovet ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olmuşdur. M. Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirmişdir. Hərbi təhsilini başa verdikdən sonra, o, 1949–1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956–1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışmışdır. O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1960–1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olmuşdur. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir.Bəşarət. Nəsillərə nümunə [Mətn]/Bəşarət//Gələrsəngörərsən.- 2008.-№ 3. s. 58–59.

Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur Həlak olduğu yerdə – Goranboy-Gəncə avtomobil yolu kənarında xatirə abidəsi qoyulmuşdur. Bakı şəhərində adına küçə, gəmi, Şəkidə isə məktəb var.

İstinadlar

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycanlı generallar