Murad Tutayuq Xaspolad oğlu (.) — Azərbaycan maarif xadimi. Naxçıvan MSSR (1955) və Azərbaycan SSR (1966) Əməkdar Müəllimi.
Həyatı Şuşa Real məktəbini (1920) və Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki APU) fizika-riyaziyyat fakültəsini (1925) bitirmişdir. Nахçıvаn Pеdаqоji Tехnikumunda müəllim və tədris hissə müdiri (1925–1939), Naxçıvan Müəllimlər Institutunda müəllim (1940–1948; 1950–1954) və tədris işləri üzrə direktor müavini (1940–1948), Naxçıvan Elmi Bazasının direktoru (1948–1950), 3 №-li Naxçıvan şəhər orta məktəbində müəllim və tədris hissə müdiri (1954–1966), Naxçıvan Pedaqoji Məktəbində pedaqogika və psixologiya müəllimi (1966–1968) işləmişdir.
Murad Tutayuq "Lenin" ordeni və "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Həmçinin bax Validə Tutayuq
İstinadlar
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Tutayuqlar Kateqoriya:Məktəb müəllimləri