Cavid Mişkinaz Molla Hüseyn qızı () — Azərbaycan xəttatı, Hüseyn Cavidin həyat yoldaşı.
Həyatı
thumb|left|200 px
Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi.
Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir.
Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır. Ərtoğrol Cavidin anasıdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Rasizadələr Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan xəttatları