Tural Mustafayev () — Azərbaycan teatr rejissoru.

Həyatı Tural Mustafayev 28 avqust 1980–ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor işləyib. “YUĞ” teatrının rejissoru olub. 2011-2017-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub. Bir sıra Beynəlxalq festivallarda iştirak edib.

Quruluş verdiyi əsərlər

Ə.Haqverdiyev “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” A.Puşkin “Qızıl xoruz” Ə.Haqverdiyev “Şah” M.F.Axundov “Lənkəran xanın vəziri” Xanım “Yeni il nağılı” E.Voyniç “Ovod” A.Nikolayi “Qızıl qəfəs” və başqaları.

6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Aktrisa Almaz Mustafayevanın oğludur.

Filmoqrafiya Bir anın həqiqəti (film, 2003)

İstinadlar

Xarici keçidlər Səda - Lənkəran teatrı Bakıda (20.04.2016) Bakı səhnəsində görünən "Ruhlar" Lənkəran Dövlət Dram Teatrı 126-cı mövsümünə başladı

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları