Qabriel Bonno de Mabli (; ) — fransız filosof, tarixçi və yazıçı; Abbé de Mabli adı ilə də tanınır. Qısa müddət ərzində diplomatik korpusda xidmət edib. O, XVIII əsrin tanınmış yazıçısıdır.

Həyatı Qabriel Bonno de Mabli zadəgan ailəsində anadan olmuş və dini təhsil almışdır. Ruhani olmaqdan imtina edərək antik ədəbiyyat, tarix və fəlsəfəni öyrənməklə məşğul olmuşdur. Tarix, beynəlxalq hüquq, əxlaq və siyasət haqqında bir çox əsərlər yazmışdır. Onun siyasi və hüquqi təlimi Russo və Morellinin nəzəriyyələrinin təsiri altında formalaşmışdır.

İstinadlar

Kateqoriya:Maarifçilər Kateqoriya:Fransız filosoflar Kateqoriya:Fransa tarixçiləri Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Fransa filosofları