Kil () – Almaniyanın şimalında şəhər. Şlezviq-Holşteyn əyalətinin paytaxtıdır. Baltik dənizinin sahilində yerləşir. Kil kanalı vasitəsilə Şimal dənizi ilə birləşir, həmçinin Kildə böyük dəniz limanı yerləşir. Əhalisi 229.044 nəfər.
Tarixi Kil 1233 və 1242-ci illər arasında qraf Holşteynli IV Adolf tərəfindən əsası qoyulub. Kil şəhərində 1761-1762-ci illərdə Rusiya imperatoru olmuş III Pyotr doğulub. 1918-ci ilin noyabrında şəhərdə Kil üsyanı baş verdi.
İqlimi Kildə iqlim mülayimdir. İlin ən soyuq ayı olan yanvarda orta temperatur +0,5 °С-dir, ən isti ay iyulda isə +17 °С. Yağıntılat ən çox avqustda (86 mm), ən az isə fevral-martda (45 mm) yağır.
Həmçinin bax Kil hərbi qəbiristanlığı
İstinadlar
Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Almaniya torpaqlarının paytaxtları Kateqoriya:Baltik dənizinin liman şəhərləri Kateqoriya:Baltik dənizinin limanları