Emil Edde (; ) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur.

Erkən həyatı Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir.

Hərbi xidməti Birinci Dünya müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.

Baş nazirliyi 11 oktyabr 1929-cu ildə 25 mart 1930-cu ilə qədər Edde Livanın baş naziri vəzifəsində çalışmışdır.

Prezidentliyi 1936-cı ildə Edde Milli blok adlı siyasi partiya yaradaraq ona rəhbərlik etməyə başladı. Elə həmin il Livan prezidenti oldu. 1941-ci ildə Vişi hökumətinin siyasətinə etiraz olaraq istefa etdi.

1943-ci ildə Livanın müstəqillik qazanmasından sonra 11 gün ərzində (11-22 noyabr) yenidən prezident vəzifəsini icra etmişdir.

İstinadlar

Xarici keçidlər Profiles of Lebanon's presidents since independence

Kateqoriya:Livan siyasətçiləri Kateqoriya:Livan baş nazirləri Kateqoriya:Livan prezidentləri Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı siyasətçiləri