Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur.

İlk illəri və təhsili

Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var.

Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür. 1994-cü ildə "Qərb necə əyləncəli oldu" və "Meri-Keyt & Eşlinin macəraları" videolarında kiçik rollar almışdır. Bundan sonra müxtəlif layihələrə qatılmışdır.

Bağçadan sonra Şimali Hollivudda yerləşən Kampbell Holl məktəbində 12 il oxumuşdur. Məktəbi bitirdikdən sonra Nyu York Universitetinin nəzdində Tiç İncəsənət Məktəbinə qədəm qoymuşdur. 2009-cu ildə Moskvada semester təhsili almışdır.

Karyerası thumbnail|left|Toronto Film Festivalında. Elizabet Olsen 4 yaşında ikən bacıların layihələrində çəkilmişdir. "Cəsus uşaqlar" filmində isə çəkilməyə namizəd olmuşdur.

2011-ci ildə çəkildiyi "Marta, Mersi Mey, Merlin" filmindəki rolu böyük alqış toplamışdır. Bu filmdə sayıqlamalardan əziyyət çəkən Marta rolunu oynadığı üçün bir neçə mükafata layiq görülmüşdür. Bundan sonra "Səssiz ev" triller filmində yer almışdır. Burada Sara obrazını canlandıran Olsenin performansı yenə yüksək qiymətləndirilmişdir. Elizabet Olsen Karlottanın "Kraliça" musiqili videosunda da yer almışdır. Olsen 2011-ci ilin ortalarında "Qırmızı işıqlar" filmində çəkilmişdir. Bu filmə ilk baxış 13 iyul 2012-ci ildə baş tutmuşdur. 2012-ci ilin 22 yanvarında tamamlanan "Humanitar elmlər" filminin baş rollarının birində oynamışdır. 2013-cü il istehsalı "Çox yaxşı qızlar" filmində Dakota Fenninq ilə birlikdə baş rolda oynamışdır.

2013-cü ildə Elizabet Olsen BAFTA Yüksələn Ulduz mükafatı laureatı olmuşdur. 2013-cü ildə ABŞ-Koreya istehsalı "Oldboy" filmində gənc biznesmen Mariya rolunda oynamışdır. "Əzizlərini öldür" filmində Edi Parker rolunu canlandırmışdır.

2014-cü ildə Elizabet Olsen Aron-Teylor Censon və Brayan Kranstonun da baş rolda olduğu "" filmində çəkilmişdir. 2015-ci ildə isə "Qisaçılar: Altron dövrü" komiks-fantastika filmində Qırmızı cadugər rolunu ifa etmişdir. Bundan əvvəl "Kapitan Amerika: Qış əsgəri" filminin ən son səhnəsində də bu rolu oynamışdır. Bu iki filmdə "Qodzilla" filmində də birlikdə işlədiyi Aron-Teylor Censon də çəkilmişdir. Elizabet Olsen 2016-ci ildə "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində yenə öz rolunu oynamışdır.

2014-cü ilin sentyabrında Elizabet Olsenin 2015-ci ildə tamamlanan və Mark Abrahamın rejissoru olduğu "Mən işıq gördüm" filmində Henk Vilyamsın həyat yoldaşı Odri Vilyamsı canlandıracağı açıqlanmışdır. Henk Vilyams rolunda isə Tom Hidlston çıxış etmişdir.

2016-cı ilin yanvarında Olsen Ceremi Renner ilə birlikdə Teylor Şeridanın rejissor kimi debüt filmi olan Külək çayı filmində oynayacağını açıqlamışdır.

Şəxsi həyatı

Olsen Nyu York Universitetinin nəzdində Tiç İncəsənət Məktəbinə və Atlantik Teatr Cəmiyyətinə qatılmışdır və 2013-cü ilin martında 6 illik təhsildən sonra məzun olmuşdur. Bacılarının yaratdığı "Elizabet və Ceyms" geyim brendi onun və böyük qardaşının adını daşıyır.

ELizabet Olsenin 2014-cü ilin martında "Çox yaxşı qızlar" filminin çəkilişləri zamanı — 2012-ci ilin sentyabrında tanış olduğu aktyor Boyd Holbruk ilə nişanlanmışdır. 2015-ci ilin yanvarında onların nişanı ləğv olmuş və onlar ayrılmışdırlar.

Olsen özünün ateist olduğunu açıqlamışdır.

Filmoqrafiya thumbnail İl Film Rol Qeydlər 1994 Qərb necə əyləncəli oldu Maşındakı qız Kameo 2011 Marta, Mersi Mey, Merlin Marta 2011 Səssiz ev Sara 2011 Sülh, sevgi & anlaşılmazlıq Zoe 2012 Qırmızı işıqlar Salli Ouen 2012 Humanitar elmlər Zibbi 2013 Əzizlərini öldür Edi Parker 2013 Çox yaxşı qızlar Qerri 2013 Oldboy Mariya Sebastyan 2013 Gizlincə Tereza Raquin 2014 Kapitan Amerika: Qış əsgəri Vanda Maksimov / Qırmızı cadugər Kameo 2014 Qodzilla Elle Brodi 2015 Qisaçılar: Altron dövrü Vanda Maksimov / Qırmızı cadugər 2015 Mən işıq gördüm Odri Vilyams 2016 Kapitan Amerika: Vətəndaş müharibəsi Vanda Maksimov / Qırmızı cadugər Davam edir 2016 Sərxoş tarix Norma Kopp teleserial; seriya: "Bacı-qardaşlar" 2017 İnqrid qərbə gedir Teylor Sloane 2017 Külək çayı Ceyn Banner 2017 Kodaxrom — Davam edir 2018 Qisasçılar: Sonsuzluq savaşı Vanda Maksimov / Qırmızı cadugər Davam edir2019Qisasçılar: FinalVanda Maksimov / Qırmızı cadugər

Mükafatları İlTəşkilatçıKateqoriyaİşNəticə2011Çikaqo Film Tənqidçiləri AssosasiyasıƏn prespektivli permormansMarta, Mersi Mey, MerlinFlorida Film Tənqidçiləri CəmiyyətiPaulin Kal mükafatıQent Beynəlxalq Film FestivalıXüsusi rolLos-Anceles Film Tənqidçiləri AssosasiyasıYeni Nəsil mükafatıVankuver Film Tənqidçiləri CəmiyyətiƏn yaxşı aktrisaBrodkest Fİlm Tənqidçiləri AssosasiyasıƏn yaxşı aktrisaÇikaqo Film Tənqidçiləri AssosasiyasıƏn yaxşı aktrisaDenver Film Tənqidçiləri CəmiyyətiƏn yaxşı aktrisaDenver Film Tənqidçiləri AssosasiyasıƏn yaxşı ulduzDetroyt Film Tənqidçiləri CəmiyyətiƏn yaxşı performansQotem Müstəqil Film MükafatlarıƏn yaxşı aktrisaQotem Müstəqil Film MükafatlarıƏn yaxşı ansablı performansıAzad ruh mükafatlarıƏn yaxşı qadın baş roluOnlayn Film Tənqidçiləri AssosasiyasıƏn yaxşı aktrisaSan Dieqo Film Tənqidçiləri CəmiyyətiƏn yaxşı aktrisaPeyk mükafatlarıƏn yaxşı aktrisaSaturn mükafatıƏn yaxşı aktrisaToronto Film Tənqidçiləri AssosasiyasıƏn yaxşı aktrisaVaşinqton Film Tənqidçiləri AssosasiyasıƏn yaxşı aktrisa2013BAFTA MükafatlarıBAFTA Yüksələn Ulduz mükafatıFanqoriya Çaynsau MükafatlarıƏn yaxşı qadın baş roluSəssiz ev

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Uşaq aktyorlar