Aşağı Girətağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Kirətaq formasında qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.134. Tarixən Zəngəzur qəzasında Girətağ adlı bir kənd olmuşdur. Sonralar bir qrup kənd sakini Girətağdan köçərək kəndin yaxınlığında yeni kənd salırlar və yeni salman kənd Aşağı Girətağ, Girətağın özü isə Yuxarı Girətağ adlanmışdır.
Toponim türk dilində «dağ silsiləsi, sıra dağlar», «çöl, dağ, hündür yer, təpəlik», «dağ qılıcı, yayla» mə’nasında işlənən kir sözü iləРадлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.2, СПб, 1899. s.860Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.327 dağ (tağ) sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Aşağı Girətağda 1897-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57.
1918-ci ildə kəndin sakinləri erməni soyqırımına mə'ruz qaralaq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir.
Kənddə 1922-ci ildə 82 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 127 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.57, 135, 1939 - cu ildə 139 nəfər, 1959 - cu ildə 167 nəfər, 1979 - cu ildə 143 nəfərHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.868 yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri