Aleksandr İaşvili (; doğum 23 oktyabr 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) — hücumçu mövqeyində çıxış etmiş Gürcüstan futbolçusu. Gürcüstan milli futbol komandasının keçmiş üzvü.

Klub karyerası 150px|thumbnail|left|İaşvili Frayburqun heyətində çıxış edərkən. Karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb, klubun heyətində məhsuldar oyunu ilə yadda qalıb. Onun 1994-1995-ci illər mövsümündə 24 oyuna 24 qol, 1995-1996-cı illər mövsümündə isə 26 oyuna 25 qol vurması bir çox xarici klubların diqqətini cəlb edib. 1997-ci ilin yanvarında Almaniyanın ikinci bundesliqasında çıxış edən, "Lyübek" klubuna yarım illik icarəyə verilib.

İaşvili yarımillik müqaviləsi bitdikdən sonra Almaniyada qalıb. O, 1997-98-ci illər mövsümündə Bundesliqada oynamaq hüququ əldə edən "Frayburq" Komandasına qoşulub.

2005-2006-ci illər mövsümündə "Frayburq" komandasının kapitanı olub. Komandanın heyətində on il çıxış etdikdən sonra, 2007-ci ildə klubu tərk edərək digər alman komandası "Karlsrue"yə keçmişdir.Iaschwili verlängert beim KSC bis 2013 Focus, 13. Juni 2009, gesichtet 10. August 2009 2012-ci ildə "Karlsrue" ikinci bundesliqanı tərk etdikdən sonra, ikinci bundesliqada iştirak edən "Bohum" klubu ilə anlaşıb.Bochum holt Alexander Iashvili Reviersport, 3. Juni 2012

2013-cü ildə Azərbaycanın "İnter Bakı" klubuna transfer olunub. Burada cəmi bir mövsüm çıxış edib və çempionat oyunlarında 33 oyunda 5 dəfə fərqlənə bilib.

2014-cü ildə yenidən Gürcüstana qayıdıb və "Samtredia" klubu ilə anlaşıb. 2015-2016-cı illər ərzində özünün doğma klubu olan "Dinamo Tbilisi" komandasının şərəfini qoruyub.

Milli komanda karyerası 1996-cı ildən milli komandaya dəvət olunur. İlk oyununu 5 dekabr 1996-cı ildə yoldaşlıq görüşü çərçivəsində Livan yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu da məhz həmin oyunda vurmuşdur.

Gürcüstan milli futbol komandasında indiyə qədər ən çox qol vuran üçüncü futbolçudur. 1996–2011-ci illər ərzində Gürcüstan yığmasının heyətində 67 oyun keçirib və 15 qol vurub.

Uğurları

Klub Dinamo Tbilisi Gürcüstan çempionatı (5): 1993-94, 1994-95, 1995-96, 1996-97, 1997-98 Gürcüstan Kuboku (4): 1993-94, 1994-95, 1995-96, 1996-97

Şəxsi Gürcüstanda ilin futbolçusu (2): 2004, 2008

İstinadlar

Xarici keçidlər

Soccerway profili Fussballdaten.de saytında səhifəsi FİFA saytında səhifəsi National Football Teams səhifəsi

Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Gürcüstan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri