Yeni Afon (; ; ; ) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır.
Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir.
Tarixi thumbnail|left|Anakopiya qəsri Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər.Georgia in Antiquity: A History of Colchis and Transcaucasian Iberia, by David Braund, p. 54 Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur. Daha sonra paytaxt Kutaisiyə köçürülmüşdür.
1033-cü ildə Anakopiya Demetre tərəfindən Bizans İmperiyasına verilmişdir. Lakin 1072-ci ildə Bizans İmperiyasının Malazgird döyüşündəki məğlubiyyətindən sonra şəhər gürcülərin əlinə keçmişdir.
Coğrafiya
Yeni Afon şəhəri Qara dəniz ilə İver dağlarının arasında yerləşir. Qudautadan 17 km, Suxumidən 22 km, Soçidən 84 km uzaqlıqdadır.
Görməli yerləri
Monastırlar
1874-cü ildə Yunanıstanın Afon dağında yerləşən Rossikon monastırından gələn rus rahibləri Qafqaza gəlmiş və yeni yer axtarmağa başlamışlar. Onlar Osmanlı İmperiyasının Rus-Osmanlı müharibəsinə görə rusları Afondan qovacağından qorxurdular. Onlar Psırtsxadakı Rusiya çarı III Aleksandr tərəfindən tikilmiş Yeni Afon monastırını seçmişdirlər.
1924-cü ildə SSRİ dövründə monastır bağlanmışdır. Monastırdan anbar, turist bazası, muzey və xəstəxana kimi istifadə olunmuşdur. 1994-cü ildə yenidən fəaliyyətə başlamışdır.
Yeni Afon monastırının dənizdən mənzərəsi bir çox turistin diqqətini çəkir.International Crisis Group, Abkhazia: Deepening Dependence , p. 6
Mağara
Şəhərin yaxınlığında Yeni Afon mağarası yerləşir. Mağara Gürcüstanın görməli yerlərindən biridir. 1975-ci ildən mağarada metro fəaliyyət göstərir. Merlər thumbnail|Psırtsxa dəmiryol stansiyası #AdBaşlama tarixiGetmə tarixiPrezidentQeydlərMerlər:Vitali Smir19958 may 2003Vladislav ArdzinbaFeliks Dautiya19 may 2003 12 fevral 200512 fevral 200529 may 2011Sergey Baqapş29 may 2011Hal-hazırdaAleksander Ankvab
Qardaş şəhərlər
23px Sergiyev Posad, Rusiya Sarov, Rusiya 23px Ryazan, Rusiya Kalazetta, İtaliya Sremski Karlovçi, Serbiya
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Abxaziya şəhərləri Kateqoriya:III əsrdə yaranan yaşayış məntəqələri