thumbnail|Loqosu DKNY () — Mərkəzi ofisi Nyu-Yorkda yerləşən moda evi və brend. Yaradıcısı amerikalı modelyer-dizayner və sahibkar Donna Karandır.
Tarixi 1984-cü ildə Donna Karan tərəfindən yaradılmışdır.
Fəaliyyəti thumbnail|DKNY eynəyi Bu brend özündə sadə biçimi, zərifliyi və rahatlığı birləşdirir.Aytən. Moda dünyasında inqilab edən amerikalı dizayner – FOTOLAR . publika.az, 25.07.2015 Şirkətin əsas xətti qadın geyimləri və aksessuarlardan ibarətdir. Brend geyim, ayaqqabı, çanta, alt paltarı, ev əşyaları, bəzək əşyaları, şərflər, əlcəklər, qayışlar, interyer əşyaları, parfümeriya və kosmetika istehsalı ilə məşğul olur. Moda evi dəb həftələrində mütəmadi olaraq öz kolleksiyalarını nümayiş etdirir. Bu illər ərzində eleqant, klassik və modern üslubun xüsusiyyətlərini özündə birləşdirən marka qadınların hörmətini və sevgisini qazanmağa nail olub. Moda evinin məşhur müştəriləri arasında Demi Mur, Barbara Streyzand, Bill Klinton, Cennifer Lopez və sairləri var.
İstinadlar
Xarici keçidlər
Donna Karan Original Site
Kateqoriya:1984-cü ildə yarananlar Kateqoriya:Amerika brendləri Kateqoriya:ABŞ-də dəb Kateqoriya:Nyu-York şirkətləri