Müsüslü (tarixi adı Müsüslü Şilyan) — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.

Toponimikası Müsüslü yer adı kənddə əhalinin məskunlaşdığı dövrdən əvvəl yaranıb. Bu ərazilər ta qədimdən tərəkəmə qışlağı olub, hazırda da əhalinin çox hissəsi əcdadlarının tərəkəmə olduğunu deyir. Müsüslü toponimdir. Bu söz iki sözün birləşməsindən əmələ gəlib. Müs ərəb sözü olub dayanıb durmaq, tərpənməz, dönməz anlamını, Süslü sözü isə sulu mənasını verir. Aydın olur ki, Müsüslü toponominin mənası dayanmış sulu ərazi anlamındadır. Müs–sulu sözündən bəzi səslərin düşməsi və ya əlavə olunması nəticəsində müsüslü sözü əmələ gəlib. Müsüslü ərazisinin əhalisi ayrı–ayrı səbəblərdən burada müxtəlif vaxtlarda bir neçə istiqamətdə məskunlaşmışlar.

Əhalisi Əhalisi Şamaxıdan gəlmədilər. Tərəkəmələrin Təkəli qolundandırlar. Əhalisinin sayı 1487 nəfərdir (2009-cu il).Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İnfrastruktur Kənd əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Əkinçilik (bağçılıq) və maldarlıq (qoyunçuluq, camışçılıq, qaramal) əsas sahələrdir. Kənddə orta məktəb və məscid fəaliyyət göstərir. Məscid Hacıyev Ramiz adlı kənd sakinin vəsaiti hesabına 2016-cı ildə inşa edilərək istifadəyə verilmişdir.

Din Kənddə Müsüslü kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Şəkilləri

Həmçinin bax

Ucar rayonu

İstinadlar

Kateqoriya:Ucar rayonunun kəndləri