Halifaks () — Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı. 1996-cı ildə ətrafındakı kiçik şəhərlərlə birləşərək Halifaks regional bələdiyyəsini ( və ya qısaca HRM) əmələ gətirmiş və bu tarixdən etibarən şəhər bu statusla tanınmışdır. 2014-cü ildəki siyahıalmaya görə şəhər əhalisi 414.400 nəfərdir və Kanadanın Atlantik əyalətlərinin ən böyük şəhəridir.

Şəhərin şüari "Dənizdən sərvət" () şəklindədir.

Tarixi

Avropalılar bu ərazidə ilk dəfə Halifaks yarımadasında məskunlaşmışdırlar. Şəhər kimi 1749-cu ildə tanınmışdır. Şəhər adını buradakı koloniyaya başçılıq etməyə təyin olunan Qraf Halifaksdan almışdır.

Şəhərin qurulması Ata Le Lutr müharibəsinin ilk illəri ilə üst-üstə düşür.

İqlim

Şəhərin iqliminə ən çox Atlantik okeanı təsir göstərir. İqlim Orta Kanadadakı iqlimə nisbətən daha yumşaqdır. Şəhərin mərkəzi hissələrində temperatur -15 °C ilə 35 °C arasında dəyişir. Sahil zonasında qış daha yumşaq, yay daha sərin keçir.

İqtisadiyyat

Halifaks şərqi Kanadanın ən əhəmiyyətli iqtisadi mərkəzlərindən biridir. Halifaksda bir çox şirkətin binası yerləşir. Yeni Şotlandiya əyalətinin paytaxtı olduğundan şəhərdə hökumət qurumlarının binası vardır.

Şəhər iqtisadiyyatının əsasını mədəncilik, əkinçilik, odunculuq, balıqçılıq, təbii qaz çıxartmaq təşkil edir.

Təhsil

Şəhərdə Dalhouzi Universiteti, Sent Meri Universiteti, Mount Sent Vinsent Universiteti, Kinqs Kolleci Universiteti, Atlantika Teologiya Məktəbi, NSCAD Universiteti və Sent-Anna Universiteti yerləşir. Şəhər şərqi Kanadanın universitet mərkəzlərindən biridir.

Qardaş şəhərlər Liverpul, İngiltərə, Böyük Britaniya Hakodate, Yaponiya Kampeçe, Meksika Norfolk, ABŞ

Qalereya

Xarici keçidlər

Tarixi abidələri

Kateqoriya:Kanada şəhərləri Kateqoriya:Yeni Şotlandiya Kateqoriya:1996-cı ildə yaranmış dövlətlər və ərazilər