"Sevgi, sevgi, sevgi" () — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir.

Film haqqında Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır. Amit isə bir söz demədən geri qayıdır. Günlərin bir günü Viki Rimaya deyir: "Sən ya mənim olacaqsan, ya heç kimin". Bu sözləri eşidən Amit Vikini öldürür. Vikinin atası Amitdən oğlunun qisasını almaq istəyir. Amma bunu bacarmır. Filmin sonunda Amit ilə Rima evlənir.

Film üzərində işləyənlər

Filmin heyəti Rejissor — Babbar Subxaş Prodüser — Babbar Subxaş Ssenari müəllifi — Babbar Subxaş Bəstəkar — Bappi Laxiri

Rollarda Əmir Xan — Amit Cuhi Çavla — Rima Gülşən Qrover — Viki Dalip Tahil — Amitin atası Raza Murad — Vikinin atası Om Şivpuri — Rimanın atası

Xarici keçidlər Sevgi, Sevgi, Sevgi filmi izlə (ingilis dilində) Sevgi, Sevgi, Sevgi filmi izlə (rus dilində)

Kateqoriya:Hindistan filmləri Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın romantik dram filmləri