İslam Əbdülqəniyeviç Kərimov (, Ислом Абдуғаниевич Каримов; ) — Özbəkistan Respublikasının 1-ci Prezidenti (1990–2016).

Həyatı İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olub. Atası özbək, anası tacikdir. 1941-ci ildə uşaq evinə verilən İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır, lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.

Universiteti bitirdiyi il "Taşselmaş" zavodunda usta köməkçisi kimi işləməyə başlayır. 1961–1966-cı illərdə "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.

1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir. 1983-cü ildə onu Özbəkistan SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986–1989-cu illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989–1991) olub. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi. 1990-cı ildən ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik etmişdir.

Ölümü İslam Kərimov avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar matəm elan olunmuş, bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə Səmərqənddə dəfn edilmişdir.

Xarici münasibətləri İslam Kərimovun xarici siyasəti izolasionist sayılır.

Azərbaycanla münasibəti

İslam Kərimov siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olmuşdur. MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməmişdirlər. İndiyə qədər də Özbəkistanın İrəvanda Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.

İstinadlar

Ədəbiyyat İslam Kərimov. Yüksək mənəviyyat-yenilməz güc. "Oskar" NRM, Bakı, 168 səh.,2010.

Kateqoriya:Özbəkistan prezidentləri Kateqoriya:Özbəkistan siyasətçiləri Kateqoriya:Səmərqənddə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin fəxri doktorları Kateqoriya:"Şeyxülislam" ordeni laureatları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Özbəkistan baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri