Բարձրաշեն— İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi

Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.39 qeyd edilmişdir.

Toponim türk mənşəli bitli etnoniminəАтаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.33 -cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə kəndin adı dəyişdirilib Bardzraşen qoyulmuşdur.

Əhalisi Kənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127.

1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.45, 127.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53 - cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri