Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60Ermənistan SSR. İnzibati ərazi bölgüsü, İrəvan, «Ayastan», 1976. s.129 «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpeviİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.99, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə AlbavaHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.71, Alpava, AlpavanHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.104 formalarında qeyd edilmişdir.

Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü iləРадлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1-2, СПб, 1893. s.430 türk dilində «düzənlik, geniş yer»Радлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1-2, СПб, 1893. s.1166, «dərə, vadi»Севортян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на гласные), М., «Наука», 1974. s.403 mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127.

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.47, 127.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-49 - cu illərdə Azərbaycana köçürülmüş və kənd tam erməniləşdirilmişdir.

İstinadlar

:Kateqoriya:Tarixi Azərbaycan kəndləri :Kateqoriya:Gərnibasar kəndləri :Kateqoriya:Ermənistandakı Azərbaycan kəndləri

Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri