Teksel (, ) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir.
Coğrafi məlumat thumb|250px|Adada yerləşən əsas yaşayış məntəqələri Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den-Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir. Ada Şimal dənizi ilə Vadden dənizi (körfəz) arasında təbii sədd rolunu oynayır. Ada quşların əsas miqrasiya yerlərindəndir. Əsasən qazların miqrasiyası yolu ada üzərində yerləşir.
İstinadlar
Kateqoriya:Şimali Hollandiya