Səməd Səfərov — aktyor, rejissor assistenti.

Həyatı Səməd Səfərov 1957-ci ildə Salyanda anadan olub. 1980-ci ildə ÜİRT-nun Televiziya texnikası və radiorele rabitəsi fakültəsini bitirib. İstehsal avadanlıglarının programlaşdırılması və elektromexaniki ekspulatsiya mühəndisidir. Elektronika sahəsində 3 işinə müəlliflik şəhadətnaməsi alıb. 1990-cı il 20 yanvarda AZTV-nin enerji bloku partladıldıqdan sonra 22 yanvar tarixindən gizlin televiziya efiri yaradaraq 7 gun 40–50 km radiusda 8-ci kanal ilə hadisələrlə əlaqədar informasiyalar yaydığına görə SSRİ DTK-sının axtarışında olub. Lütfizadə haqqında 1 monoqrafiyası mətbuatda çap olunub.

AZTV-də filmlərin cəklişləri ilə də məşgul olur. Tanınmış rejissor Məhərrəm Bədirzadənin filmlərində prodüser, rejissor assisenti və aktyor kimi fəaliyyət göstərir.

Filmoqrafiya Təlatüm (film, 2006) Sonuncu şahid (film, 2004) Gürzə (2008) Mənim üçün varsan (film, 2005) Sarı gəlin Tahirənin intiqamı Qu rəqsi

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Rejissor assistentləri Kateqoriya:Salyanda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları