() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinin növünə aid heyvan yarımnövü.
Əsasən Kadyak adası və Kadyak arxipelaqına daxil adalarda yaşayır. Quruda yaşayan ən iri yırtıcılar sinfinə daxildir.
Göstəriçiləri Kadyak ayısı 2,8 metr uzunluğa və 1,6 metr hündürlüyə malikdir. Yetkin ayıların çəkisi yarım tonu keçir. Ən nəhəng ayının çəkisi 780 kq olmuşdur.
Kadyak ayısı Qonur ayı növünün yarımnövünə daxildir. Onların yaşadığı ərazilər əsasən qışı qısa olması ilə fərqlənir. Onlar digər qonur ayılara xas olaraq güclü ətraflara və əzələli bədən quruluşuna malikdir. Üstəlik quyruqlarıda nisbətən qısa olur.
Özünü aparması Onların həyat tərzi bütünlüklə qonur ayıların həyatına bənzəyir. Nisbətən kiçik arelda yaşayırlar. Soyuq aylarda qış yuxusuna gedirlər. Onlar həm ot yeyən həm də ət yeyəndirlər. Müxtəlif növ otlar, giləmeyvələr və ən sevdikləri qida balıqklardır. Balıqların kürü tökməsi zamanı kiçik çayların kənarına yığışırlar. Balıqlar axına qarşı üzərək yuxarıya doğru atılarkən ayılar balıqları göydə ikən ovlayırlar. Əsasən tək yaşayırlar. Çütləşmə zamanı digər ayıların özlərini apardığı kimi aparırlar. Əsasən iyun və iyul ayları çütləşirlər. Qış yuxusu zamanı, yanvar və fevral ayları körpələr dünyaya gəlir. Ana balaları üç il bəsləyir. Hazırda Şimali Amerikada ancaq Kadyak və qrizli ayıları qonur ayıların yarımnövü olaraq qəbul edilir.
Ayı və insan Ayıların ovlanması onların sayının kəskin azalmasına səbəb olmuşdur. 1941-ci ildən Kadyak ayılar dövlət tərəfindən qorunur. İndi il ərzində ancaq 160 baş ayını ovlamağa icazə verilir. Ərazidə hal-hazırda 3000 baş ayı yaşayır. Ayılar turisləri adalara cəlb etsə də, insanların gəlişindən hürkən ayılar qışa kifayət qədər piy toplaya bilmir və qışı keçirə bilmir.
Bu yarımnövün öyrənilsəsində Kris Morqanın böyük xidmətləri vardır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Şimali Amerika məməliləri Kateqoriya:Şimali Amerika faunası