Vəliağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 8 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.48 qeyd edilmişdir.
Toponim Vəliağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilib Dzorageğ (Dərəkənd) qoyulmuşdur.
Əhalisi 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsi ilə bağlı 1828-1829-cu illərdə Türkiyədən köçürürlən ermənilər burada yerləşdirilibШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598.
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 41 azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.66-67.
XX əsrin əvvəllərində - 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Göyçə kəndləri