Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; ) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur.
Təhsili Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyil oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940).
Fəaliyyəti Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950–1959), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri (1959–1968) işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.
Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunmuşdur.
1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri onun adını daşıyır.
Yaradıcılığı O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri olan "İkibaşlı qartal", "Berlində yanğın", "İki cahan" respublika qəzet və jurnallarında dərc olunmuşdur.
Kitabları Məhəbbət sınağı. Bakı: Uşaqgəncnəşr, 1946, 54 səh. Həyat mahnıları. Bakı: Azərnəşr, 1954, 44 səh. Şerlər. Bakı: Azərnəşr, 1961, 65 səh. Bakı gecələri. Bakı: Azərnəşr, 1964, 171 səh. Şerə dönən duyğular. Bakı: Yazıçı, 1983, 149 səh.
Şeirlərinə musiqi əsərləri Mahnılar
Zeynəb Xanlarova — Anam Azərbaycan — musiqi: Ələkbər Tağıyev Gülağa Məmmədov — Bakı gecələri — musiqi: Ələkbər Tağıyev Mobil Əhmədov — Göygöl — musiqi: Süleyman Ələsgərov
Muğamlar, təsniflər
Zeynəb Xanlarova — Bir gül seçdim yar üçün ("Demişəm" şeiri üstündə təsnif) — musiqi: Fikrət Əmirov, sözlər: Teymur Elçin Zeynəb Xanlarova — Toy mahnısı ("Demişəm" şeiri üstündə təsnif) — udda çalır: Yasəf Eyvazov Zeynəb Xanlarova — Səri arzularam ("Mən rəssam olsam" şeiri üstündə təsnif) — musiqi: Qara Qarayev Zeynəb Xanlarova — Mirzə Hüseyn segahı ("Olmalıydın, olmadın" şeiri üstündə təsnif)
Tərcümələri Yaradıcılığında bədii tərcümə xüsusi yer tutmuşdur:
Homer "Odisseya" Lope de Veqa "Nə yardan doyur, nə əldən qoyur" Əlişir Nəvai. "Yeddi səyyarə" A. S. Qriboyedov. "Ağıldan bəla" Eduardas Mejelaytis şerləri A. S. Puşkindən, N. Nekrasovdan, T. Şevçenkodan çoxlu tərcümələri vardır.
İstinadlar
Xarici keçidlər
Ələkbər Ziyatayın seçilmiş şeirləri
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:1913-cü ildə doğulanlar Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:1982-ci ildə vəfat edənlər Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları