Konfutsi İnstitutu () — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir. Mərkəzi iqamətgahı Xanban adlanır.BDU-nun nəzdindəki Konfutsi İnstitutunda seçmə turu başa çatıb , "Azərbaycan müəllimi" qəzeti, 20.06.2015, № 22.
Tarixi İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb.Bakıda Konfutsi İnstitutu açılıb (FOTO) . trend.az, 22.04.2011
2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi.Hüseynbala Mirələmov. Çində möhtəşəm 10 gün . 525.az, 24.01.2012
Missiyası Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.
"Çin dili körpüsü" Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir. Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib. Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub. Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub.
Azərbaycanda
İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılmışdır.
İnstitutun yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olmuşdur. İş partnyoru isə Bakı Dövlət Universiteti ilə möhkəm iş əlaqəsi olan Çin Xalq Respublikasının ən tanınmış universitetlərindən biri Anxoy Universiteti olub. Ona görə də hər iki ali məktəb arasında "Təhsil əməkdaşlığı haqqında memorandum" və "Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi İnstitutunun yaradılması haqda saziş" imzalanmışdır.
Filialları İlk 4 il ərzində Mərkəzin müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılmışdır. Xəzər Universiteti Xəzər Universitetində olan qurumlardan biridir. Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır.Xəzər Universitetində Konfutsi İnstitutunun filialı açıldı. khazar.org, 17.04.2013
İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.
İstinadlar
Xarici keçidlər Confucius Institute Online China National Office for Teaching Chinese as a Foreign Language List of Confucius Institutes around the world Pella, John & Erik Ringmar, "Kongzi and his institutes ," History of International Relations Open Textbook Project, Cambridge: Open Book, forthcoming. Sahlins on Confucius Institutes, four-part lecture by Marshall Sahlins, PricklyParadigmTV, YouTube. Confucius institute: The hard side of China's soft power, Xu Lin interview, BBC News, 21 December 2014.
Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Çin dili Kateqoriya:Mədəniyyət təşkilatları Kateqoriya:Çinin xarici siyasəti Kateqoriya:Sinologiya Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Mədəni təşviqat təşkilatları Kateqoriya:Çin mədəniyyəti