Qloriya portiki () — Qalisiyada yerləşən Santiaqo de Kompostela kafedralının girişində heykəllərlə bəzədilmiş tarixi portik.
Tarixi Portik roman memarlığı üslubundadır. Roman üslubundakı heykəllər ən möhtəşəm əsərlərdən biridir. 3 kəmərdən ibarətdir. Orta sevinci təmsil edir və üzərində İsanın dirilişindən bəhs edən heykəl vardır. Sol tərəf yəhudiləri, sağ tərəf son qərarı təmsil edir.
1168-ci ildə Qalisiya və Leon kralı II Fernando Santiaqo de Kompostela kafedralının girişində portik tikilməsi haqqında göstəriş vermişdir. Portik daş ustası Mateo tərəfindən emalatxanasında roman memarlığı üslubunda hazırlanmışdır. Tikilməsi 1188-ci ildə başa çatmışdır.
Heykəllər üzərində boyama işləri aparılmışdır. XV və XVI əsrlərdə portik yenidən bərpa edilmişdir. 1651-ci ildə Krispin Evelino 130 dukat ödəyərək heykəlləri təmir etmişdir. Zaman içində heykəllər üzərində boya qalxmışdır.
XVIII əsrdə portik muzeyə yerləşdirilmişdir. Mütəxəssislərin fikrincə bu portikin hazırlanmasında Mateodan başqa daha 4 memar iştirak etmişdir.
1866-cı ildə Britaniya muzeyində boyama işləri zamanı bəzi rəsmlərin zərər gördüyü məlum olmuşdur. 2006-cı ildə bərpa işləri zamanı bu rəsmlərin orijinal vəziyyətinə qaytarılmışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər Youtube
Kateqoriya:Qalisiya memarlığı Kateqoriya:XII əsr memarlığı