Amed İFK — Super Liqada mübarizə aparan Türkiyə futbol klubu.
Tarixi 1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur. 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
2012–2013 mövsümündə 1-ci qrupu lider bitirərək 3-cü divizyona çıxmışdır. 19 may 2013-cü ildə klubun rənglərinin qırmızı-yaşıl olması qərara alınmışdır.
28 oktyabr 2014-cü ildə keçirilən iclasda klubun adı kürd mənşəli söz olan "Amedspor" ("Amed" kürd dilində Diyarbəkir deməkdir) ilə əvəzlənmiş, rəngləri sarı-qırmızı-yaşıl olmuşdur. Klub yeni adı ilə ilk oyununa 30 oktyabrda Türkiyə Kubokunun 3-cü mərhələsi çərçivəsində "Alanyaspor" qarşısında çıxmış və 3:2 qalib gəlmişdir.
Lakin 7 iyul 2015-ci ildə Türkiyə Futbol Federasiyası (TFF) bu ad dəyişikliyini qəbul etməmişdir. Əvəzində, 12 avqust 2015-ci ildə TFF keçirdiyi iclasda klubun adının "Amed İFK" (türk dilində: "Amed SFK") etməsinə icazə vermişdir. Klubun və yəni loqosunun rəngləri yaşıl-qırmızı-ağ olmuşdur.
Liqalarda Super Liqa: 1 mövsüm 2026-h.h. 1-ci Liqa: 2 mövsüm 2024-2026 2-ci Liga: 14 mövsüm 2007–2010, 2013-2024 3-cü Liga: 16 mövsüm 1994–2007, 2010–2013 Türkiyə Həvəskarlar Liqası: 22 mövsüm 1972–1994
Uğurları 1-ci Liqa İkinci yer (1): 2025-26 2-ci Liqa Çempionat (1): 2023–24 Play–Off Yarımfinal (1): 2016–17 Play–Off Dörddəbir Final (3): 2013–14, 2021–22, 2022–23 3-cü Liqa Çempionat (2): 2006–07, 2012–13 Play–Off Final (1): 2010–11 Play–Off Yarımfinal (1): 2011–12 Türkiyə Kuboku Dörddəbir Final: 2015–16
İstinadlar
Xarici keçidlər
Türkiyə Futbol Federasiyası rəsmi veb-saytı — Amed
Kateqoriya:Türkiyə futbol klubları Kateqoriya:Diyarbəkirdə idman