Taksi () — kinokomediya, döyüş, macəra və detektiv janrlarını özündə ehtiva edən fransız filmi. Dünya üzrə 200 mln dollar gəlir gətirməklə, Fransanın ən uğurlu filmlərindən biri hesab edilirhttp://variety.com/2006/film/news/gauls-hail-a-cab-with-fourth-taxi-1200336582/ Кассовые сборы фильма. Çəkiliş studiyaları ARP, TF1 Films Productions, Le Studio Canal+, Cofimage 9, Studio Image 4, EuropaCorp (Aktyor) olmuşdur.
Süjet Hadisələr Marseldə cərəyan edir. Filmdə Pizza kuryeri işindən çıxmış və taksi fəaliyyəti ilə məşğul olmağa başlayan gənc oğlan Danieldən bəhs edilir.O, özünün Pejo 406 markalı avtomobilini modifikasiya etməklə, maşının sürətini xeyli artırır. Buna görə də onun yolda sürət həddini ölçən polislərdən xoşu gəlmir. Tale onu heç bəxti gətirməyən polis müfəttişi Emilyenlə rastlaşdırır. Emilyen 8-ci dəfədir ki, sürücülük imtahanından kəsilir və hamıya İBM-də işlədiyini deyir. Daniel mülki geyimdə olan Emilyeni mənzil başına çatdırarkən sürət həddini aşır və digər yol hərəkəti qaydalarını pozur. Bundan sonra Daniel seçim qarşısında qalır — ya bir ay müddətində polisdə çalışmalı, ya da sürücülük vəsiqəsi ilə vidalaşmalıdır. Daniel isə birinci variantı seçir.
Daniel və Emilyen bankları asanlıqda qarət edən "Mersedesdə (Mercedes-Benz E-klass— (W124) — model 500E. avtomobil 5 litrlik V8 tipli mühərriklə təchiz edilmişdir) gəzən" alman mütəşəkkil cinayət dəstəsini tutmağa çalışırlar. Nəhayət, Danielin sayəsində, bu, onlara nəsib olur.
Rollarda right|thumb|230x230px|Filmdəki Pejo 406.Soşoda yerləşən "Pejo macəraları muzeyi" Daniel Morales (taksi sürücüsü) — Sami Naseri Emilyen Kutan-Korbadek (polis müfəttişi) — Frederix Difental Lili (Danielin rəfiqəsi) — Marion Kotiyar Petra (Emilyenin həmkarı) - Emma Soberq Komissar Jİber Alen(Emilyenin həmkarı)
Soundtreklər Chiens de Paille — Maudits Soient Les Yeux Fermés Akhenaton — Scooter Assia — Dini Fonky Family — L'Amour Du Risque Akhenaton — La Charge Deni Hines — Give Me Your Love 3ieme Oeil — La vie de rêve Akhenaton — Première Attaque Freeman and K Rhyme Le Roi — Le Dernier Coup Karl — Ne Rien Faire Akhenaton — 2eme Attaque IAM — Marseille La Nuit Mafia Underground — Taxi 777 Akhenaton — Dernière Banque Carre Rouge — Vie Infecté K Reen and Def Bond — Tu me plais Akhenaton — Thème de lily III Akhenaton — Lyrix Files Deni Hines — What Makes You A Man
İstinadlar
Kateqoriya:Detektiv filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:Bank soyğunu haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:StudioCanal filmləri Kateqoriya:Polis məmurları haqqında filmlər Kateqoriya:Fransada çəkilən filmlər