Əbdürrəhim bəy Haqverdiyev küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinə paralel küçə. Küçə Azərbaycan yazıçısı, dramaturqu, ədəbiyyatşünası Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyır.

Haqqında Küçənin başlanğıcı Yasamal rayon parkından (əvvəlki: Musabəyov parkı) başlayır. İki tərəfli hərəkət olmaqla geniş və təmirli küçədir. Başlanğıcdan sona doğru enişli olmaqla getdikcə kor bucaq üzrə sağa tərəfə dönür.

Küçədə hər iki istiqamətdə Marşurut avtobusları hərəkət edir. Ən yaxın metrostansiyası Elmlər Akademiyasıdır.

Kəsişdiyi küçələr Küçə Mətbuat prospekti ilə kəsişmədən başlayaraq İnşaatçılar prospektində bitir.

Zahid Xəlilov küçəsi Əhməd Cəmil küçəsi Behbud Şahtaxtinski küçəsi Hüseyn Cavid prospekti Şəfayət Mehdiyev küçəsi Kazım Kazımzadə küçəsi İsmayıl bəy Qutqaşınlı küçəsi

Mühüm ünvanlar № ? — Bank Standart № ? — Favorit market № 36a — Capsella pərdə-tül mərkəzi № 36c — Gömrük Komitəsinin İstintaq İdarəsi № ? — BTB bank № ? — AVİS aptek № ? — Mərkəzi Dənizçilər Xəstəxanası № ? — 175 saylı orta məktəb № ? — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Şəkillər

İstinadlar

Xarici keçidlər

Əbdürrəhim Bəy Haqverdiyev Küçəsi, Bakı Əbdürrəhim Bəy Haqverdiyev küçəsi

Kateqoriya:Bakı küçələri